Gəncədə yaşayış binasında yanğın - 8 nəfər təxliyə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə yaşayış binasında yanğın - 8 nəfər təxliyə olundu

09:30 - 22 / 02 / 2021
Gəncədə yaşayış binasında yanğın - 8 nəfər təxliyə olundu

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
351

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər