Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.
1news.az-ın məlumatına görə, komissiyanının növbəti toplantısının fevralın 24-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək komissiyanın 2 iclası keçirilib və daxil olan müraciətlərin 200-dən çoxuna baxılıb.
441