Ankara-Bakı aviareysində külli miqdarda brilliant qaşlar aşkarlandı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ankara-Bakı aviareysində külli miqdarda brilliant qaşlar aşkarlandı – VİDEO

S.Xankişiyeva17:54 - 23 / 02 / 2021
Ankara-Bakı aviareysində külli miqdarda brilliant qaşlar aşkarlandı – VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda-şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilliant qaşlar aşkar olunub.

Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4 500 karat (948 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
845

Son xəbərlər

Bütün xəbərlər