Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib

Qafar Ağayev10:44 - 23 / 02 / 2021
Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib

Fevralın 23-ü günün ikinci yarısından 24-ü axşam saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

Bu barədə 1news.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər" - ASCO-dan bildirilib.

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər