Azərbaycanda hotellərin ulduz təsnifatına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hotellərin ulduz təsnifatına start verilib

Qafar Ağayev15:34 - 11 / 03 / 2021
Azərbaycanda hotellərin ulduz təsnifatına start verilib

Bu gün Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün assosiasiyaya müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.

1news.az-ın məlumatına görə, bu məqsədlə paytaxtın bir neçə hotelinə media tur təşkil edilib.

Media tur zamanı qurumların əməkdaşları tərəfindən Milli Hotel Ulduz Təsnifatı üçün müraciət etmiş hotellərin ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib. Media tur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.

Baş icraçı direktor Milli Hotel Ulduz Təsnifatının ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə imkan verəcəyini bildirib.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı katib Günay Sağlam Milli Hotel Ulduz Təsnifat Sisteminin hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlandığını deyib.

Günay Sağlam Milli Hotel Ulduz Təsnifatı ilə bağlı bu günə kimi 40 hotelin müraciət etdiyini, 24 hoteldə auditin keçirildiyini qeyd edib. Baş icrası direktor hotellərə Milli Hotel Ulduz Təsnifatının 3 illik verildiyini, bu müddət başa çatdıqdan sonra yenidən yoxlamaların aparılacağını bildirib.

Günay Sağlam assosiasiya tərəfindən pandemiya müddətində karantin üçün istifadə olunan hotellərə milli hotel ulduz təsnifatının ödənişsiz edildiyini də qeyd edib.

İndiyədək müraciət etmiş hotellərə ulduzların verilməsi cari ilin aprel ayında aparılan qiymətlındirmə nəticəsinə və komissiyanın rəyinə əsasən həyata keçiriləcək və onlara uyğunluq sertifikatı və lövhə təqdim ediləcək.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.

Paylaş:
477

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər