İrşad mağazalar şəbəkəsi inamla genişlənir | 1news.az | Xəbərlər
Cəmiyyət

İrşad mağazalar şəbəkəsi inamla genişlənir

14:00 - 12 / 03 / 2021
İrşad mağazalar şəbəkəsi inamla genişlənir

Alıcılarına geniş çeşid təklif edən və smartfon, elektronika, məişət texnikası üzrə ixtisaslaşan Azərbaycanda tanınmış İrşad mağazalar şəbəkəsi ölkənin regionlarında genişlənməkdə davam edir.

İrşad bu gün artıq sayca 37-ci olan Xaçmaz mağazasını alıcılarının istifadəsinə verir. Mağaza rayonun Nəriman Nərimanov küçəsi 58B ünvanında yerləşir. 400 kv. metr sahəni əhatə edən mağaza yeni interyer üslubda dizayn edilib. Müştərilərin rahatlığını təmin etmək üçün və keyfiyyətli xidmət göstərmək məqsədilə mağaza bütün lazımı avadanlıqlar və peşəkar satış, xidmət heyəti ilə təchiz edilib. Yeri gəlmişkən İrşad regionların inkişafına töhfə vermək üçün və işsizliyin azaldılması məqsədilə mağazalarda yalnız həmin regionlardan olan işaxtaranları işlə təmin edir.

Regiona gəlişini sakinlər üçün bayrama çevirmək niyyətində olan İrşad, Xaçmaz mağazasının açılışı münasibəti ilə cəlbedici və stimullaşdırıcı kampaniya və aksiyalara start verib. 12 martdan 21 martadək müddəti əhatə edəcək açılış kampaniyasında Xaçmaz sakinlərinə smartfonlar və notbuklar 12 aya, məişət texnikası və TV-lər isə 18 aya ilkin ödənişsiz və faizsiz kreditlə təklif edilir. Üstəgəl nəğd və taksitli alış zamanı Xaçmazlılara 30%-dək endirimlər də əlçatandır. Müştərilər hazırda bütün mağazalarda davam edən Şad+ stimullaşdırıcı aksiyasından da yararlana bilərlər.

İrşad 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. Təkcə son bir ay ərzində şirkət özünün yeni üslubda olan Tovuz, Şəmkir və Mingəçevir mağazalarını da artıq müştərilərin istifadəsinə təqdim edib. Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və məhsulları sərfəli şərtlərlə daha əlçatan etməkdir. İrşad müştəriləri növbəti aylar ərzində Ağcabədi, İmişli, Sabirabad, Cəlilabad rayonlarında da öz sevimli mağazalarını qarşılayacaqlar. Həmin mağazalarda təmir-bərpa işləri tam sürətlə davam edir və tamamlanmaq üzərədir. Hazırda, Azərbaycanda 37 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda digərləri isə regionlarda yerləşir.

Reklam hüququnda

Paylaş:
235

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər