Əfv komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq | 1news.az | Xəbərlər
Siyasət

Əfv komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq

S.Xankişiyeva15:51 - 12 / 03 / 2021
Əfv komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq.

Trend-in məlumatına görə, komissiya bütün kateqoriyalardan olan müraciətlərə baxır. Mülkiyyət əleyhinə, sağlamlıq əleyhinə cinayətlər, iqtisadi cinayətlər, korrupsiya və rüşvətxorluqla bağlı cinayətlər, məişət zorakılığı ilə bağlı və digər cinayətlərlə bağlı müraciətlər, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə komissiya tərəfindən baxılır.

Qeyd edək ki, komissiyanın 8 iclası keçirilib və daxil olan yeni müraciətlərin 850-dən çoxuna baxılıb. Növbəti iclas martın 13-də keçiriləcək.

Komissiya iclaslarının gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Paylaş:
318

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər