Azərbaycanda bir gündə 576 nəfərdə COVID-19 aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 576 nəfərdə COVID-19 aşkarlanıb

S.Xankişiyeva16:39 - 12 / 03 / 2021
Azərbaycanda bir gündə 576 nəfərdə COVID-19 aşkarlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, ötən müddət ərzində isə ümumilikdə 2 690 711 test aparılıb.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər