Azərbaycanda 14 palçıq vulkanından turizm məqsədilə istifadə oluna bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 14 palçıq vulkanından turizm məqsədilə istifadə oluna bilər

17:32 - 12 / 03 / 2021
Azərbaycanda 14 palçıq vulkanından turizm məqsədilə istifadə oluna bilər

Azərbaycanda 350-dən çox palçıq vulkanı və palçıq təzahürlərinin geniş yayılması, müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə təsdiq olunmasına baxmayaraq bu sahə üzrə ixtisaslaşdırılmış müalicə-sağlamlıq mərkəzləri fəaliyyət göstərmir.

1news.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında hesabatda bildirilib. Qeyd edilib ki, palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması layihəsi "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq DTA tərəfindən hazırlanıb. Bu layihə Abşeronun cənubu və Qobustan ərazisində olan bir çox palçıq vulkanlarını əhatə edir. Layihə 12 min m2 ərazidə olan 14 palçıq vulkanından turizm məqsədilə istifadəyə əsaslanır. Layihə çərçivəsində infrastrukturun yaradılması, palçıq vannaları və təcrübə mərkəzinin təşkili, turizm fəaliyyətləri üçün müvafiq yerlərin ayrılması planlaşdırılıb. Burada turizm məqsədli istirahət yerləri, turizm mərkəzi, baxış nöqtəsi, turist cığırları, zıplayn, kvadrosıkl yolları və s. təşkili nəzərdə tutulur.

Hesabatda bildirilib ki, Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq, Qobustanda, Abşeron yarımadasında, Abşeron arxipelaqında, Cənub-Şərqi Şirvan düzündə, Şamaxı rayonunda, Ağsu çayının aşağı axarında, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb. Azərbaycanda 350-dən çox palçıq vulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. Vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz.

Onların tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda müalicə üçün yararlı hesab edilir. Müalicəvi palçıq əsasən lil palçığı (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqları hesab olunur. Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir. Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir.

Bahar, Axtarma-Paşalı, Axtarma-Qaradağ, Masazır, Mişovdağ, Otmanbozdağ, Kənizdağ, Şorbulaq, Babazənən, Qaynarca, Perşkül, Daşgil - ümumilikdə, 40-a yaxın vulkan palçığının müalicəvi xüsusiyyətləri öyrənilib və biokimyəvi analizlərlə təsdiqini tapıb. Ölkədə müalicəvi baxımdan ən çox öyrənilmiş AxtarmaQaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqlarının tərkibində brom, yod, naften, bor və digər üzvü birləşmələrin çox olmasına görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır, üzvi tərkibinə görə isə daha zəngindir. Eyni zamanda, Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından müalicəvi təsirlərinə görə üstündür.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər