Rəhman Hacıyev və Tural Gəncəliyev əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rəhman Hacıyev və Tural Gəncəliyev əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO

18:35 - 12 / 03 / 2021
Rəhman Hacıyev və Tural Gəncəliyev əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO

Qarabağ Dirçəlişi Fondu və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğaldan azad olunmuş ərazilərin bərpasına töhfə vermək məqsədilə birgə əməkdaşlıqda maraqlıdırlar.

Bu maraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması (bundan sonra - İcma) rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevin və Qarabağ Dirçəliş Fondunun (bundan sonra - Fond) İdarə Heyətinin sədri Rəhman Hacıyevin görüşündə ifadə edilib.

Görüş martın 11-də İcmanın ofisində həmin qurumun əməkdaşlarının iştirakı ilə baş tutub. Görüşdə İcmanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova, Media və Kommunikasiya şöbəsinin müdiri Əhməd Mahmudov, yazıçı-publisist Məqsəd Nur və başqaları iştirak ediblər.

Görüş zamanı İcmanın rəhbəri və nümayəndələri təşkilatın son illərdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıblar. Bu layihələr arasında erməni işğalının nəticələri ilə bağlı reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması, habelə Qarabağın tarixinin yerli və xarici auditoriya arasında populyarizasiyası kimi təşəbbüslər də az deyil.

Tural Gəncəliyev Xankəndindən olan seçicilərin vəziyyəti, postmüharibə dövründə İcmanın gözləntiləri və tezliklə doğma torpaqlara qayıtmaq arzusu barədə də danışıb.

İcma rəhbərinin sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələri də İcma və Qarabağ Dirçəliş Fondu ilə birlikdə layihələrdə iştirak etməyə hazır olduqlarını bildirirlər.

"Biz də öz tərəfimizdən bu əməkdaşlığa dəstək verməyə çalışacağıq", - deyə o bildirib.

Fondun sədri Rəhman Hacıyev isə görüş iştirakçılarına təşkilatın müvafiq strukturlarının yaradılması istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb.

“Fondun qarşısında duran əsas vəzifələrdən biri Qarabağın dirçəldilməsi üzrə müvafiq layihələrə yönəldiləcək ianələrin və qrantların cəlb olunmasıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, ən yaxın vaxtlarda Fondun strateji və fəaliyyət planları işlənib hazırlanacaq.

Rəhman Hacıyev bildirib ki, Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək.

“Cənab Prezident öz çıxışlarında insan kapitalının inkişafının xüsusi əhəmiyyətini dəfələrlə vurğulayıb. Dövlət başçısının bəyanatlarını tapşırıq kimi qiymətləndirən Fond bu istiqamətə xüsusi diqqət yetirəcək. Çünki hər hansı təşəbbüsün, xüsusilə də işğaldan azad edilmiş torpaqların bərpası və reinteqrasiyası kimi möhtəşəm bir təşəbbüsün uğurunu məhz insanlar müəyyənləşdirir”, - deyə R.Hacıyev bildirib.

Fondun sədri qurumun vəzifələri arasında Azərbaycan Respublikasının Qarabağ bölgəsinə investisiyaların cəlb edilməsi prosesinin təşviqini, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsini, habelə yerli və beynəlxalq ictimaiyyət arasında Qarabağın tarixi, erməni işğalı nəticəsində dəymiş zərərlə bağlı reallıqları və bu regionun bərpası prosesi haqqında məlumatların yayılmasını sadalayıb.

Görüş zamanı dövlət başçısının tapşırığına əsasən, Qarabağda həyata keçirilən bütün layihələrin dünyanın ən yüksək standartlarına uyğun olacağı qeyd edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” zonasına, “ağıllı şəhər” və “ağıllı kənd” kimi mütərəqqi konsepsiyaların həyata keçirilməsi üçün platformaya çevriləcəyi ilə bağlı sözləri nümunə kimi göstərilib.

Görüş iştirakçıları işgüzar ünsiyyətin davam etdirilməsi və bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi barədə razılığa gəliblər.

Paylaş:
707

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər