Məzahir Əfəndiyev Göyçay və Ağdaşda sahibkarlarla görüş keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzahir Əfəndiyev Göyçay və Ağdaşda sahibkarlarla görüş keçirib - FOTO

S.Xankişiyeva19:00 - 12 / 03 / 2021
Məzahir Əfəndiyev Göyçay və Ağdaşda sahibkarlarla görüş keçirib - FOTO

Mart ayının 12-də 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib.

Səfər çərçivəsində ilk növbədə seçki ərazisində fəaliyyət göstərən gənc və eyni zamanda fərdi sahibkarlarla görüş keçirilib, onlarla çay süfrəsi ətrafında xoş, mehriban söhbət aparılıb.

İlk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.

M.Əfəndiyev qeyd edib ki, “Ötən 2020-ci ildə Azərbaycan tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni yaşadı. Qarabağımız Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, xalqımızın vəhdət təşkil edərək daim Cənab Prezidentin və rəşadətli Azərbaycan Ordusunun yanında olmasının hesabına azad olunub.”

Daha sonra millət vəkili Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyini vurğulayıb:

“Sahibkarlığın inkişafı hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdəndir. Bu baxımdan 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən KOBİA-nın yaradılması ilə bağlı sərəncam imzalanmışdır. Agentlik KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir.”

“Bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, habelə əhalinin və xüsusilə də gənclərin iştirakçılığı təmin olunur.”

Həmçinin M.Əfəndiyev 2020-ci il qlobal pandemiyanın yaratdığı maneələrə baxmayaraq qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində iqtisadi artımların müşahidə olunmasını qeyd etdi. Göyçay-Ağdaş rayonları aqrar rayon hesab olunduğundan bitkiçilik, heyvandarlıq, meyvə-tərəvəz sahəsində fərdi sahibkarlıqla məşğul olan şəxslərə dövlət qayğısından və son vaxtlar qəbul olunmuş proqramlardan danışaraq iştirakçıları məlumatlandırdı.

Milli Məclisdə də sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüslərindən, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2020-ci ildə gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqqında məlumatlandırdı.

Görüşdə iştirak edən gənc sahibkarlar Aynur Əsgərova, Nərgiz Səmədovanın məşğul olduğu toxuculuq və Mirsadiq Həmidov, Azər Abdullayevin kənd təsərrüfatı sahəsi ilə bağlı sualları yerindəcə aidiyyatı üzrə istiqamətləndirilmiş və cavablandırılmışdır.

Daha sonra səfər çərçivəsində M.Əfəndiyev Göyçay rayon Gənclər Mərkəzini ziyarət edərək Mərkəzin yeni təyin olunmuş əməkdaşları ilə tanış olmuş, Gənclərin İnkişaf və Karyera Mərkəzinin kollektivi və bir qrup rayon könüllüləri ilə görüş keçirmiş, “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Könüllülər” (“DİM” Könüllüləri) proqramının seçki ərazisində tətbiqi barədə gənclərlə geniş müzakirələr aparılmışdır.

Sonda M.Əfəndiyev seçiciləri birlik və bərabərliyin simvolu, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi, bir olaraq mənfur düşməni məğlub etdiyimiz kimi, digər qarşıda duran problemlərin də dövlətimiz tərəfindən həll olunacağını, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməyin vacibliyini vurğuladı.

Paylaş:
462

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər