Oral-B-nin yeni diş məcunu artıq Azərbaycanda! | 1news.az | Xəbərlər
Cəmiyyət

Oral-B-nin yeni diş məcunu artıq Azərbaycanda!

S.Xankişiyeva11:55 - 12 / 03 / 2021
Oral-B-nin yeni diş məcunu artıq Azərbaycanda!

Oral-B Professional Diş Əti və Diş Minası Pro-Bərpa məhsulu artıq ölkəmizdə satışdadır. Oral-B diş məcunu 2 həftə ərzində diş əti problemlərini aradan qaldırmağa və diş minasını bərpa etməyə kömək edir*.

Bir çox diş məcunu ağız boşluğu sağlamlığının sadəcə bir yönünə təsir edir, məsələn: diş əti sağlamlığı və ya həssasiyyəti. Aktiv bərpaetmə texnologiyasına malik Oral-B diş məcunu isə ağız boşluğu sağlamlığına bütöv bir yanaşma gətirir. Ağız boşluğundakı ərpi zərərsizləşdirərək diş əti problemlərini azaltmağa kömək edir. Həmçinin diş minasını minerallaşdırır və turşu eroziyasına qarşı dişləri qoruyur. Ümumilikdə isə sözügedən məcunun istifadəsi 72 % daha az diş əti və diş minası problemi deməkdir**. Müntəzəm istifadə ilə dişləri adi diş məcunları ilə müqayisədə üç qat gücləndirir***. Qeyd edək ki, Oral-B Pro-Bərpa diş məcunu orijinal, həssas bəyazlıq, ekstra fərah adlı 3 növdə istifadəçilər üçün satışa çıxarılıb.

Bildirək ki, Oral-B diş məcununun 17 mart saat 20:00-da onlayn təqdimatı təşkil olunacaq. Oral-b.az saytında canlı yayımlanacaq tədbiri maraqlanan hər kəs izləyə bilər. Tədbirdə Türk Periodontoloji Dərnəyinin İdarə Heyətinin üzvü, Yeditepe Universitetinin Stomatologiya fakültəsinin dekanı professor doktor Bahar Eren Kurunun və Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse prezitenti, stomatoloq Rövşən Məmmədovun çıxışı planlaşdırılıb. Hüsniyə Məhərrəmovanın aparıcılıq edəcəyi tədbirdə xalq artisti Röya Ayxanın maraqlı performansı və “Bu Şəhərdə” komandasının eksklüziv səhnəciyi də yer alacaq.

Onu da nəzərinizə çatdıraq ki, bütün izləyicilər tədbirin sonunda keçiriləcək hədiyyəli yarışmada iştirak edə bilərlər. Yarışma qaliblərindən 3 nəfər Oral-B Pro 1 750 səyahət qabı hədiyyəli elektrikli diş fırçası, 1 nəfər Türkiyədən xüsusi olaraq sifariş edilən Oral-B Genius X elektrikli diş fırçası və 1 nəfər isə Iphone 12 Pro sahibi olacaq.

* Gündə 2 dəfə müntəzəm istifadə ilə, zəifləmiş diş minası üzərində aparılan laboratoriya işlərində

** Diş əti problemi olan 97 nəfər yetkin yaşlı insanlar üzərində edilən klinik iş, adi diş məcunu istifadəsi ilə müqayisədə

*** Normal diş məcunu istifadəsi ilə müqayisədə, qida turşularının təsirinə qarşı müqavimət

Reklam hüququnda

Paylaş:
309

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər