Samsung Electronics - TV texnologiyarının istehsalında innovasiya və yenilik üzrə 15 il liderlik - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung Electronics - TV texnologiyarının istehsalında innovasiya və yenilik üzrə 15 il liderlik - FOTO

S.Xankişiyeva11:05 - 13 / 03 / 2021
Samsung Electronics - TV texnologiyarının istehsalında innovasiya və yenilik üzrə 15 il liderlik - FOTO

Omdia araşdırma şirkətinin dərc etdiyi icmala əsasən (https://www.avforums.com/news/samsung-ranked-no-1-tv-brand-for-15th-year-running.18490) Samsung Electronics 15-ci ildir ki, qlobal televiziya bazarına liderlik edir.

Belə ki, yayımlanan məlumata əsasən, Samsung Electronics-in 2020-ci ilin dördüncü rübünün nəticələrinə görə qlobal telekommunikasiya bazarının gəlirinin 31,8% şirkətin payına düşür. Bundan əlavə ikinci Cənubi Koreyalı şirkəti və Samsung-un birbaşa rəqibi olan LG-nin payına - 16,5%, Sony-nin isə 9,1% düşür. Başqa sözlə desək, Cənubi Koreya televizor istehsalçıları keçən il ümumi televiziya bazarının təxminən 50% təşkil etmişlər.

Qlobal telekommunikasiya və innovasiya bazarında ardıcıl olaraq 15 il liderliyi qoruyan Samsung, sıravi istifadəçinin həyat tərzini tam olaraq dəyişmişdir. Belə ki, ağ-qara televizordan tutmuş, müasir Smart TV-yə qədər Samsung Electronics telekommunikasiya inkişafının bütün əsas tarixi mərhələlərində iştirak etmişdir. İnnovasiya texnologiyalarını tətbiq edən, istehsalçı, istehlakçıların ehtiyac və istəklərini dinləyərək, hər zaman bir addım irəlidə olub, qlobal bazar tendensiyalarını müəyyənləşdirir.

Samsung ilk telekommunikasiya cihazını – 55” proyeksiya televizorunu,1998-ci ildə istehsal etmişdir. həmin il şirkət analoq tipli telekommunikasiyalardan rəqəmsal tipliyə qlobal keçidə verdiyi töhfə sayəsində birincilik adını qazanmışdır.

2000-ci illərin əvvəllərində, Samsung LCD TV-lərin qızıl dövrünün başlanğıcını elan edərək, öz istehsalı olan LCD televizoru dünya ictimaiyyətinə təqdim etdi. Kəşf olunmamış cığırlarla irəliləyən Samsung mühəndisləri mövcud olan ağır və həcmli televizorların əvəzinə, yüngül və estetik cəhətdən daha incə bir televizor yaratmaq istəyini irəli sürdülər. Nəticə də, buraxılışının ilk altı ayı ərzində bir milyondan artıq satışa sahib olan Bordeaux TV işıq üzü gördü. Bordeaux televizorunun hər iki tərəfindən alt hissəsinə köçürülən səs ucaldıcıları, yuvarlaq formaları və cəlb edici, tünd çəhrayı rəngləri ilə zərifliyin təcəssümünə çevrilmişdir. 2006-cı il təkcə Bordeaux TV-nin bazara çıxarılması ilə deyil, həm də Samsung-un ilk dəfə qlobal telekommunikasiya bazarında liderlik əldə etməsi ilə də yadda qalmışdır.

Əldə olunanlarla kifayətlənməyən Samsung, daha ideal görüntü ötürülməsini real edərək, CES 2009-da Samsung LED televizorlarını təqdim etdi. Belə ki, şirkətin yeni televizorlarında İşıq yayan diodlardan (LED) istifadə edilmişdir. Samsung, onlardan cərəyan keçdiyində işıq yayan yarımkeçiricilərdən istifadə edərək ötürülən görüntünün daha dəqiq icazəli etməyə müvəffəq olmuşdur.

Modern TV-nin, gözəl görüntü ötürməsindən əlavə həmdə İnternet qoşulmasına ehtiyacı olduğuna qərar verərək, 2011-ci ildə, Samsung cihazlarında yeni Smart TV funksiyası olan Samsung Smart Hub-ı təqdim etdi. Məhz bu ad altında ekranda fərqli tətbiqlər və yeni funksiyalar ifadə edilirdi. Həmçinin yeni məhsul xətti, İnternetlə işləmək üçün brauzerlə də təchiz olunmuşdur.

Beləliklə, İnternet şəbəkəsinə giriş imkanı əldə edən istifadəçinin, yeni istəyi, mövcud məzmunun seyrindən maksimum zövq almaq oldu. Bu ideyanı əsas tutaraq, Samsung, "ev teatrını" ekranda baş verənlərin ab-havasına daldırma baxımından əsl kino zalına yaxınlaşdırmaq məqsədi ilə, innovativ “qövsvarı” ekran texnologiyasını tətbiq etdi. Belə ki, indi Curved TV ilə sevdiyiniz filmi istənilən bucaqdan “kör nöqtələr” olmadan izləmək imkanı əldə olunmuşdur.

Televizor istehsalının inkişaf tarixi boyunca Samsung həmişə məhsullarının dizaynına xüsusi diqqət yetirmişdir. Hər yeni məhsulda müştərilərin incə ehtiyaclarını ödəmək və zövqünü oxşamaq üçün detallara və zahiri görünüşə diqqət izlənir. 2015-ci ildə bu istiqamətdə yeni bir yön açaraq, şirkət ilk dizayner televizorunu – Serif-i yaratdı. Dizaynerlər Ronan və Erwan Bouroullec tərəfindən hazırlanan The Serif, elektronika cihazından daha çox interyer əşyasına bənzəyir və qeyri-adi forması ilə digər televizorlardan seçilirdi.

Əlavə olaraq, mükəmməl görüntü üzərində işləyən Samsung, 2017-ci ildə 100% rəng həcmli QLED TV-ni ərsəyə gətirərək, telekommunikasiya sənayesinin simasını tam olaraq dəyişdi . Belə ki, kvant nöqtəli texnologiya (QLED) üzərindən işləyən yeni nəsil televizorlar, işığın ifadə olunmasını yaxşılaşdıraraq, ötürülən rəng diapazonunu genişləndirmişdir. Həmin ildə, dizayner televizorlarının hazırlanmasına davam edən şirkət, The Frame TV-ni təqdim etdi. Qeyd edilən bu televizorun əsas xüsusiyyəti klassik rəsm əsərinin dizaynına malik olmasıdır. Belə ki, ekranı ağaca bənzər material ilə haşiyəyə alınan cihaz, sönülü vəziyyətdə fərqli janrlarda təqdim edilən - mənzərə, memarlıq, təbiətdə və sair kimi, yüzlərlə rəqəmsal hala gətirilmiş rəsmdən ibarət slayd şou nümayiş etdirirdi. The Frame-in ardınca, 2019-cu ildə istehsalçı, dizayner televizorların siyahısına The Sero-nu da daxil etmişdir. Sözü gedən televizor qeyri adi dizayna malik olub, elektrik sürücüsünün köməyi ilə istiqamətini şaquli vəziyyətdən üfüqi vəziyyətə və əksinə dəyişə bilən dönən ekranla təchiz edilmişdir. Fırlanma hərəkəti, həm də istifadəçinin əmri ilə və bəzi hallarda avtomatik olaraq həyata keçirilə bilərdi.

Bu il, CES 2021 tədbirindən əvvəl baş tutmuş First Look mərasimində isə Samsung, tamamilə yeni displey texnologiyası olan Neo QLED 2021-i təqdim etmişdir. Beləliklə, Samsung bazarda özünəməxsus mövqeyi möhkəmləndirməklə yanaşı, qlobal televiziya sektoruna liderlik etməyə davam etmişdir.

Reklam hüququnda

Paylaş:
305

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər