Hesablama Palatasının 4 yüksək vəzifəli şəxsi istefa verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hesablama Palatasının 4 yüksək vəzifəli şəxsi istefa verib

S.Xankişiyeva12:06 - 13 / 03 / 2021
Hesablama Palatasının 4 yüksək vəzifəli şəxsi istefa verib

Azərbaycan Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

“Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər