Polis avtobus və ticarət mərkəzlərində cibgirliklə məşğul olanları ifşa edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis avtobus və ticarət mərkəzlərində cibgirliklə məşğul olanları ifşa edib - VİDEO

S.Xankişiyeva12:44 - 13 / 03 / 2021
Polis avtobus və ticarət mərkəzlərində cibgirliklə məşğul olanları ifşa edib - VİDEO

Bakıda ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı polis əməkdaşları xüsusi əməliyyat keçirib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən 1news.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində əsasən ictimai nəqliyyatda və ticarət obyektlərində cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri Zita Zolotoryeva və Şavan Bəşirov saxlanılıblar.

Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin müxtəlif vaxtlarda 11 nəfərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, Z. Zolotoryeva cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Ş.Bəşirova ötürürmüş. Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Bu iki şəxsin etdiyi cibgirlik cinayətlərinin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Onlar ifadələrində cibgirlik yolu ilə əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər. Saxlanılan zaman Z.Zolotoryevanın üzərindən əlavə olaraq 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Tural Həsənov cibgirlik etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Əldə edilən kamera görüntülərindən və T. Həsənovun ətrafında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, bu şəxs paytaxt ərazisində son bir neçə ay ərzində ictimai nəqliyyatlarda, dayanacaqlarda 14 nəfərin cibindən, həmçinin əl çantasından pul, bank kartları və sənədlər oğurlayıb. Qeyd edək ki, T.Həsənov saxlanılan zaman onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin də aşkar edilib. Aşkar edilən faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Z.Zolotoryeva, Ş.Bəşirov və T.Həsənovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Bakı şəhər Baş Polis İdarəsi və ya “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Paylaş:
228

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər