Yaz – sevgi, çiçək və ... Allergiya zamanıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaz – sevgi, çiçək və ... Allergiya zamanıdır

10:30 - 15 / 03 / 2021
Yaz – sevgi, çiçək və ... Allergiya zamanıdır

Yaz, çoxdan gözlənilən istilik, həm də bayramlar - gəzmək və həyatdan zövq almaq istəyirsən. Yazda yalnız təbiət oyanmır, bu bir çox xəstəliklərin kəskinləşməsi fəslidir. Lakin bu zaman allergiya özünü daha qabarıq şəkildə göstərir. Burundan axan selik, göz yaşları, davamlı burun tutulması, asqırma, gözlərin qızarması – yazda tipik allergik insanın rəsmidir.

Allergik rinit – çox geniş yayılmış bir problemdir. Müxtəlif mənbələrə görə, əhalinin 40%-ə qədəri təzahürlərindən əziyyət çəkir.

Allergik rinit və yaranma səbəbləri nədir?

Bitki tozcuğu, ev heyvanlarının müxtəlif allergenləri, toz və digər amillər qismində olan allergen ilə təmas nəticəsində inkişaf edən allergik xəstəlikdir.

Allergik rinit simptomları səbəbindən həyat keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşə bilər: burundan gələn ifrazat nəfəs almağa mane olur, buna görə yuxu pozulur, ümumi iş qabiliyyəti azalır, davamlı yorğunluq hissi yaranır. Bu simptomlar sizə hələ tanış olmasa da, allergiya hər an yaxalaya bilər. Heç kim ondan sığortalanmayıb.

Çoxsaylı məlumatlar allergiyaya genetik meyilliyin mövcudluğunu göstərir.

Mövsümi rinitin yaranmasının əsas səbəbi - ağac, ot və çiçək tozcuğudur. Bəzən bu formanın yaranmasına, məsələn, pis təmizlənmiş kondisionerlərdən, mətbəx aspiratorlardan və ya hava nəmləndiricilərdən burun keçəcəklərinə daxil ola bilən kif göbələklərin sporları səbəb olur.

Xəstəliyin ilboyu davam edən forması insanın evdə və işdə onu əhatə edən alergenlərlə daimi təması sayəsində inkişaf edir. Çox vaxtı bu toz, heyvan tükü, kimyəvi maddələr və kosmetik məhsullardır. Bu forma sabit simptomatikaya malikdir - il ərzində xəstə kəskinləşmə hiss etmir, daima burun tutulması olur. Əhval pisləşə bilər, məsələn, KRVİ, soyuq hava və ya siqaret tüstüsü ilə nəfəs alma zamanı.

Allergik riniti adi KRVİ-dən necə ayırmaq olar?

Allergik riniti kəskin respirator virus infeksiyalarından ayırmaq çətin deyil, kəskinləşmənin mövsüminə, havadan asılılığa, küçədə, şəhərin kənarında olmasına, allergik rinitin, konyunktivitin, bronxial astmanın birgə olmasına, irsiyyətdə allergiyaya meyilliyin olmasına və allergiya əleyhinə vasitələrin istifadəsindən alınan effəktə diqqət yetirmək kifayətdir.

Allergiya zamanı nə etmək lazımdır?

İlk növbədə allergenlərlə təması aradan qaldırmaq lazımdır. Allergik xəstəliklərin kəskinləşməsi dövründə isə kəskin vəziyyəti aradan qaldırmaq və allergiya əlamətlərinə nəzarət etmək lazımdır, bunlara da müxtəlif farmakoloji qruplara aid olan dərman vasitələri ilə nail olunur. Belə hallarda həkim preparatın hansı formada istifadəsi (tablet, intranazal sprey və s.) və dozalanması barədə qərar verməlidir. Lakin reseptsiz satılan vasitələr də mövcuddur. Adətən bu təbii vasitələrdi, hansı ki, iltihabi proseslərin inkişafına mane olur, burun boşluğunun selikli qişasının ödemini və allergik reaksiyanı aradan qaldırır. Onların xüsusiyyəti - tərkibində fərqli təsir mexanizmlərə malik olan bir neçə aktiv maddənin (vitaminlərin yağlı məhlulları, bitki yağları və s.) olmasıdır. Bunun hesabına iltihab daha tez bir zamanda aradan qaldırılır, effekti isə daha uzun müddət davam edir. Beləliklə, kəskinləşmə dövründə allergik insanın vəziyyəti yüngülləşir!

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
🌐aptekonline.az
🌐onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Reklam hüququnda

Paylaş:
327

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər