Əfv Komissiyasının sonuncu iclasının vaxtı məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv Komissiyasının sonuncu iclasının vaxtı məlum olub

10:08 - 15 / 03 / 2021
Əfv Komissiyasının sonuncu iclasının vaxtı məlum olub

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırır.

Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, sonuncu iclas martın 17-də keçiriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb.

Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.

1news.az

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər