“Yüksəliş” müsabiqəsi Qarabağ Dirçəliş Fonduna kadr axtarışında kömək edəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsi Qarabağ Dirçəliş Fonduna kadr axtarışında kömək edəcək - FOTO

19:40 - 16 / 03 / 2021
“Yüksəliş” müsabiqəsi Qarabağ Dirçəliş Fonduna kadr axtarışında kömək edəcək - FOTO

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev arasında görüş keçirilib.

Görüşdə tərəflər iki qurum arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Martın 15-də baş tutan görüşdə əsas müzakirə mövzusu adıçəkilən müsabiqənin iştirakçılarının məlumat bazasının Qarabağ Dirçəliş Fondu üçün potensial əməkdaşlar axtarışında istifadə edilməsi olub.

Görüş zamanı R.Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fond qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb, habelə iki qurum arasında mümkün əməkdaşlıq mövzusuna toxunub.

“Cənab Prezident dəfələrlə qeyd edib ki, ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri insan kapitalının inkişaf etdirilməsidir. “Yüksəliş” müsabiqəsi məhz bu məqsədə xidmət edir. Ona görə də biz əməkdaşlıq etməkdə maraqlıyıq.

Məsələn, yaxın vaxtlarda Fond komandamıza üzv olacaq namizədlərin axtarışı prosesinə başlayacaq. Yüksəkixtisaslı kadrların işə cəlb edilməsində həqiqətən maraqlı olduğumuz üçün “Yüksəliş” müsabiqəsinin mövcud məlumat bazasını və təcrübəsini öyrənmək istərdik”, – deyə R.Hacıyev bildirib.

Fərhad Hacıyev isə öz növbəsində, milli kadr ehtiyatının zənginləşdirilməsi və formalaşdırılması üçün mühüm vasitə olan “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələri, eləcə də gələcək planları barədə danışıb. O, həmçinin müsabiqədə ümumilikdə 10 minə yaxın insanın iştirak etdiyini diqqətə çatdırıb.

“Bu yaxınlarda müsabiqədə əyani mərhələ başa çatıb və bu mərhələnin yekunlarına əsasən 309 iştirakçı yarımfinala vəsiqə qazanıb. Biz müsabiqə iştirakçıları arasında olduqca yüksək rəqabətin şahidi oluruq: onların çoxu peşə keyfiyyətlərinə, dərin biliklərə, zəngin təcrübəyə və böyük idarəetmə potensialına malikdir. Müsabiqə iştirakçıları Azərbaycanın “qızıl” kadr ehtiyatını təşkil edirlər. Bunu nəzərə alaraq, təkcə yarımfinalçıların deyil, əyani mərhələnin bütün iştirakçılarının, yəni 700-dən çox insanın namizəd kimi nəzərdən keçirilməsini təklif edirik”, – deyə F.Hacıyev bildirib.

R.Hacıyevin sözlərinə görə, potensial əməkdaş axtarışı yalnız “Yüksəliş” müsabiqəsinin təklif etdiyi anketlərlə məhdudlaşmayacaq. O bildirib ki, istənilən perspektivli işaxtaran şəxs öz CV-sini [email protected] elektron poçt ünvanına göndərməklə Fonda müraciət edə bilər. CV-lərə baxılacaq və uyğun olanlar diqqətə alınacaq.

R.Hacıyev bildirib ki, Fond Azərbaycan qanunvericiliyinə və öz daxili prosedurlarına uyğun qaydada təşkilati məsələləri həll etdikdən sonra müvafiq işaxtaranlar müsahibəyə dəvət ediləcək və işçi heyətinin tam formalaşdırılması prosesinə başlanılacaq.

“Hal-hazırda isə biz məlumat toplamaqla məşğuluq", - deyə o əlavə edib.

Görüş zamanı Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə yüksək intellekt səviyyəsinə və idarəetmə qabiliyyətinə malik olan perspektivli liderlərin üzə çıxarılması və dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin mühüm rolu və əhəmiyyəti də qeyd olunub.

Paylaş:
556

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər