Deputat Şahin Seyidzadə Qobustan rayon “Molokan ruhani-xristian” dini icması ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Şahin Seyidzadə Qobustan rayon “Molokan ruhani-xristian” dini icması ilə görüşüb - FOTO

S.Xankişiyeva09:08 - 16 / 03 / 2021
Deputat Şahin Seyidzadə Qobustan rayon “Molokan ruhani-xristian” dini icması ilə görüşüb - FOTO

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonu Xilmilli (Hilmilli) kəndində olan “Molokan ruhani-xristian” dini icmasının üzvləri ilə görüş keçirib. Görüşdə Qobustan rayon İcra Hakimiyyətinin rəsmiləri, dini icmanın rəhbəri Tsapleva Yekatrina Nikolayevna və digər üzvlər iştirak edib.

XIX əsrin 30-40-cı illərində ölkəmizin müxtəlif yerlərində molokan kəndləri yaranmışdır. Belə kəndlərdən biri də Qobustan rayonunun inzibati ərazisinə daxil olan Xilmilli kəndidir. Molokanlar uzun illərdir sözügedən kənddə məskunlaşmış, burada yerli əhali ilə qarşılıqlı sıx münasibət qurmuşdur. Hal-hazırda 30-a yaxın üzvü olan icma ilə görüşən deputat Şahin Seyidzadə bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.

Bu haqda 1news.az paylaşımı təqdim edir:

“Qobustan rayonunda yaşayan "Molokan ruhani-xristian" dini icmasının nümayəndələri ilə səmimi görüşümüz baş tutdu.

2000-ə yaxın əhalisi olan Xilmilli (Hilmilli) kəndində yaşayan "Molokan ruhani-xristian" dini icmasının üzvləri özünəməxsus adət-ənənələri, qonaqpərvərliyi və səmimiliyi ilə seçilir. 30-a yaxın üzvü olan icma özlərinə məxsus ibadət evində toplaşaraq, öz dini ritualları və bayramlarını keçirirlər.

Dini icmanın rəhbəri Tsapleva Yekatrina Nikolayevna, din xadimi Raxmanin Fyodr Fyodoroviç və icma üzvləri ilə görüşümüz zamanı əhəmiyyət kəsb edən mövzulara toxunuldu.

Molokan icmasına, dövlətin bu sahəyə olan diqqət və qayğısı Prezident İlham Əliyevin çıxışları zamanı qeyd etdiyi “Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya tolerantlıq və birgəyaşayış nümunəsini təqdim edirik” ifadələrində öz əksini tapır.

Qeyd edək ki, Azərbaycanda bu dörd molokan dini icması dövlət qeydiyyatına alınmışdır: Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması, Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması, Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması, İsmayıllı rayonu İvanovka kəndi “Molokan ruhani-xristian” dini icması (mənbə).

Paylaş:
2484

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər