Atəşkəsə az qalmış şəhidlik zirvəsinə ucalmış Orxan Rəhimli - 3 medalla təltif edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Atəşkəsə az qalmış şəhidlik zirvəsinə ucalmış Orxan Rəhimli - 3 medalla təltif edilib - VİDEO

15:24 - 17 / 03 / 2021
Atəşkəsə az qalmış şəhidlik zirvəsinə ucalmış Orxan Rəhimli - 3 medalla təltif edilib - VİDEO

Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Orxan Rəhimli olub.

1news.azxezerxeber.az-a istinadən bildirir ki, atası birinci qrup əlil olduğundan Orxan Rəhimlini döyüşə aparmayıblar. O isə könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qatılıb.

Oğuz rayonunun Xaçmaz kənd sakini, 27 yaşlı Orxan Rəhimli Vətən müharibəsi başlayana qədər Daşkəsəndə işləyib. Döyüşlərin başladığını da elə işdə olarkən eşidib. İş yoldaşlarına deyib ki, bu müharibədə mütləq iştirak edəcək və Azərbaycan bayrağını Şuşada dalğalandıracaq. Elə bu məqsədi uğrunda da cəbhəyə könüllü yazılıb...

Füzulidən başlayan döyüş yolunu qəhrəmanımız Şuşaya qədər davam etdirə bilib. Şuşa azad edildikdən sonra Şuşa-Xankəndi istiqamətində döyüşlərə davam edib. Bu vaxt ayağından yaralansa da, yarasını sarıyıb və döyüşməyə davam edib. Sonra sol çiynindən yaralanıb. Döyüş yoldaşlarının təkidinə baxmayaraq, yenə geri qayıtmayıb. 8 noyabrda döyüşlərin getdiyi son saatlarda aldığı üçüncü yaradan şəhidlik zirvəsinə ucalıb.

Orxan Rəhimli ölümündən sonra "Vətən Uğrunda", "Cəsur Döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

1news.az

Paylaş:
261

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər