Bakıda yük maşını aşdı, toyuqlar yola töküldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük maşını aşdı, toyuqlar yola töküldü - FOTO

10:43 - 17 / 03 / 2021
Bakıda yük maşını aşdı, toyuqlar yola töküldü - FOTO

Bakının Biləcəri dairəsi yaxınlığında diri toyuq daşıyam yük avtomobili aşıb.

1news.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər