Prezidentdən Yevlax sakinlərinə bayram hədiyyəsi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentdən Yevlax sakinlərinə bayram hədiyyəsi – FOTO

S.Xankişiyeva14:56 - 18 / 03 / 2021
Prezidentdən Yevlax sakinlərinə bayram hədiyyəsi – FOTO

Ölkəmizdə bütün sahələrdə olduğu kimi əhalinin sosial problemlərinin yaxşılaşdırılması sahəsində də geniş tədbirlər həyata keçirilir və bu istiqamətdə həyata keçirilən işlər Yevlax rayonunda da öz əksini tapıb.

1news.az-a Yevlax Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Yevlax şəhərində yeni 9 mərtəbəli yaşayış binası istifadəyə verilib. Şəhərin Nizami prospekti 19 saylı ünvanda qəzalı vəziyyətdə olan 10 ədəd barak binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyyat Fondundan ayrılan vəsait hesabına Yevlax şəhəri Heydər Əliyev prospekti 11 ünvandakı 0,5 ha sahədə 9 mərtəbəli yeni yaşayış binası inşa edilib. 42 ailənin yerləşdiriləcəyi binada 1, 2 və 3 otaqlı mənzillər tam təmirlidir və binanın həyətində müvafiq abadlıq işləri aparılıb.

Bina sakinlərinin elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator quraşdırılıb, 216 kub metrlik içməlu su anbarı tikilib.

Sakinlərin yeni binaya köçürülməsinə köməklik məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kommunal işçilər ayrılıb, sakinlərə digər lazımı köməklik edilib.

Yeni binada mənzil alan sakinlər Novruz bayramı ərəfəsində bu sevinci onlara yaşadan Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
384

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər