DYP Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib

S.Xankişiyeva15:40 - 18 / 03 / 2021
DYP Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Novruz bayramı ilə əlaqədar 2021-ci il mart ayının 20-dən 29-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər əhalisinin respublikanın müxtəlif regionlarına getmələri, rayonlardan isə kənd sakinlərinin paytaxta gəlmələri ilə bağlı bayram günlərində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi yüksəlir.

Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini və mövsümi hava şəraitini düzgün qiymətləndirmədən müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılmasına baxmayaraq, bəzi fiziki və hüquqi şəxslərin, əsasən də Mercedes-Benz Viano və Vito markalı nəqliyyat vasitələri ilə bu fəaliyyətlə məşğul olması, həmçinin sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən yorğun formada uzun məsafəli yolu bir neçə dəfə gedib gəlməsi sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, valideynlərə azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisi əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarəti gücləndirəcək.

Paylaş:
196

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər