Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı

12:26 - 18 / 03 / 2021
Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

1news.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

1news.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər