Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün planlı iş aparılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün planlı iş aparılır - VİDEO

17:32 - 19 / 03 / 2021
Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün planlı iş aparılır - VİDEO

Dərs otaqları, müxtəlif dərnəklər, idman meydançaları və üzgüçülük hovuzu... Bütün bunlar daun sindromlu şəxslər üçündür.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün işlər planlı şəkildə davam etdirilir.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova deyir ki, burada uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir. Uşaqlar üçün seminarlar təşkil olunur, müxtəlif idman növləri üzrə yarışlar da keçirilir.

Mərkəz direktoru qeyd etdi ki, sindromdan əziyyət çəkən uşaqlar müxtəlif tədbirlərdə iştirak edir ki, bu da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir.

Natella Həsənova vurğuladı ki, bu sindroma xəstəlik kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, belə uşaqların cəmiyyətdən kənarda saxlanılması onların inkişafına böyük zərbə vurur.

Mərkəzə rayonlardan da müraciət edənlər olur. Hazırda reabilitasiya mərkəzinə 250 uşaq gəlir.

Natella Həsənova bildirdi ki, valideynlərə dəstək məqsədi ilə psixoloji seminarlar da təşkil olunur. Bu isə o deməkdir ki, mərkəz təkcə sindromlu uşaqları deyil, həm də onların ailələrini cəmiyyətə qazandırır.

Bu arada, martın 22-də Xəzər Televiziyasında daum sindromlu uşağın həyat hekayəsindən bəhs edən serial başlayacaq. Qəhrəmanı Oğuz adlı şəxs olacaq serial həftə içi 4 gün saat 20:00-da yayımlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
367

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər