Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgələrdə qeydə alınıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgələrdə qeydə alınıb – STATİSTİKA

S.Xankişiyeva16:16 - 19 / 03 / 2021
Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgələrdə qeydə alınıb – STATİSTİKA

Azərbaycanda koronavirusa ən çox yoluxma həmişə olduğu kimi yenə də Bakı şəhərində qeydə alınıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıda koronavirusa yoluxma 52,9 faiz təşkil edib.

“Bundan başqa, Abşeron, Sumqayıt və Gəncə zonasında qeydə alınır. Bu bölgələrdə əhalinin sıxlığı ilə əlaqədar. Bakı şəhərində Xətai, Yasamal və Binəqədi rayonlarında koronavirusa yoluxma halları çoxdur”, - deyə Yaqut Qarayeva bildirib.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər