Qanunsuz ov edən ərəb turistlərə verilən cəza məlum oldu - Postlar quruldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ov edən ərəb turistlərə verilən cəza məlum oldu - Postlar quruldu

13:22 - 26 / 03 / 2021
Qanunsuz ov edən ərəb turistlərə verilən cəza məlum oldu - Postlar quruldu

"Son bir neçə gün ərzində Qax rayonunun Acınohur adlanan ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz davranma barədə məlumatlar yayılıb. Bununla əlaqədar bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlmə icazəsinin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir".

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, digər turistlər kimi, ərəblər də ölkəmizə gələ bilərlər:

"Amma istirahət zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, müvafiq orqanlar ona qarşı tədbirlər görür. Məlumatlar daxil olduqdan sonra apardığımız araşdşrma zamanı məlum oldu ki, Acınohur yasaqlığında 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarərəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin araşdırmanın gedişatlnda ərəb turistlərin bir neçə gün əvvəl həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı cərimələndilər".

H.Əlizadə qeyd edib ki, həmin ərazidə ovun aparılması ilə bağlı yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bunun nəticəsində fakt qismən müəyyən edildi:

"Sosial şəbəkələrdə əvvəlki dövrlərə aid olan, hətta ərazisini müəyyən etmək mümkün olmayan foto və video çəkilişləri paylaşılıb və iddia olunub ki, onlar həmin ərazidə baş verib. Bəzi faktlar öz təsdiqini tapdığı üçün tərəfimizdən iki ərəb turist təqribən 4000 manat məbləğində ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildi. Hazırda yasaqlıq ərazisində onların hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb, ərazidə postlar quraşdırılıb. Araşdırmalar davam etdirilir".

Paylaş:
512

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər