Mövsümü soyuqdəyməni koronavirusdan necə fərqləndirək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Mövsümü soyuqdəyməni koronavirusdan necə fərqləndirək?

13:59 - 26 / 03 / 2021
Mövsümü soyuqdəyməni koronavirusdan necə fərqləndirək?

Boğaz ağrısı hər bir insana tanışdır, həyatımızda ən azı bir dəfə, hətta ən sağlam adam udqunarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir.

Tibbi statistika onu göstərir ki, daha tez-tez boğaz ağrısı uşaqlarda qeydə alınır. Bu, immun sistemindəki çatışmazlıqlar (tam formalaşmamış) səbəbindən xəstəliklərin inkişaf meylinin artması ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, uşaqlar boğaz ağrısını əksər hallarda temperatur olmadan keçirirlər, əsas səbəb yenə də tam formalaşmamış immun sistemidir. Boğaz ağrıları ilə bağlı şikayətlər xüsusilə mövsümü olaraq artır.

Boğaz ağrısının əsas səbəbləri. Udma zamanı xoşagəlməz simptomlar ən çox belə xəstəliklərlə rast gəlinir: virus infeksiyası (KRVİ), badamcıqların birinin bakterial infeksiyası (ən çox streptokokk mənşəli), kəskin faringit (allergik, zəhərli və ya alimentar mənşəli), xroniki faringit (kataral, dənəvər və ya atrofik formalı), nevrotik mənşəli ağrı, zəhərli maddələrlə boğazın və ya qırtlağın qıcıqlanması (siqaret tüstüsü, zərərli istehsal tullantıları və s.), termal və kimyəvi yanıqlar, xarici əşyaların daxil olması (balıq sümükləri, şüşə parçaları və s.), uğursuz cərrahi müdaxilələr (traxeotomiya və ya tonzilektomiya).

Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patogen mikrob, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktivləşməyə başlayır. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək patogen floranın böyümə və çoxalması zamanı ifraz etdiyi toksinlərin təsirindən yaranan əlamətlərdir.

Covid-19 zamanı rast gəlinən əlamətlər: Koronavirusun ən çox rast gəlinən simptomları - temperatur və kəskin öskürəklə yanaşı, xəstələrdə şiddətli boğaz ağrıları da müşahidə olunur. Covid -19 xəstələrindəki boğaz ağrısı fərqli olur. Beləliklə, virusa yoluxanlarda boğazın arxa hissəsi qırmızı rəngdə olur və ağızda xoşagəlməz bir dad yaranır. Bundan əlavə, boyundakı limfa düyünləri böyüyə bilər. Boyundakı genişlənmiş limfa düyünü də narahatlığa və boğazda sanki bir parça olması hissinə səbəb ola bilər. Koronovirus çox zaman qırtlağın arxa hissəsini zədələyir. Bəzən ağrı qulağa da verə bilər, boğazda quruluq əmələ gəlir.

Boğazda yaranan ağrı və şişkinliyin intensivliyi selikli qişada olan virusların çoxluğundan asılıdır. Virusların miqdarı nə qədər çox olsa, kəskin, dözülməz boğaz ağrısının olması ehtimalı bir o qədər yüksəkdir.

Boğaz ağrısının müalicəsi. Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Angina zamanı isə düzgün antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən istifadə etmək vacibdir. Faringit, tonzillit, herpetik boğaz ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə aparmaq uğurlu nəticə verir.

Boğaz üçün sorma pastillərdən istifadə etdikdə, tez bir zamanda boğazdakı ağrını aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir.

Təbii komponentlərlə müalicə təhlükəsiz və effektiv sayılır. Bitki mənşəli dərmanları böyüklərə, uşaqlara, hamilə qadınlara, yanaşı xəstəliyi olan insanlara və antibiotiklərə qarşı həssas olanlara da təyin etmək mümkündür.

Boğaz ağrısı üçün bitki mənşəli preparatlar sorma pastil formasında istehsal olunur. Bu sorma pastillərin tərkibinə kompleks bitkilər daxildir. Biyan kokü, exinaseya, nanə, evkalipt, zəncəfil, zərdəçal və ardıc ekstraktları qeyri-spesifik immun sisteminin müdafiə faktorlarını aktivləşdirir, iltihab və şişəleyhinə təsir göstərirlər.

Bitki mənşəli sorma pastillər apteklərdən reseptsiz satılır.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:

+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.

Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:

aptekonline.az

🌐 www.aptekonline.az

🌐 www.onlineaptek.az

Çatdırılma Pulsuzdur!

Paylaş:
739

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər