Hərbçilər üçün hazırlanan konservlər satışa çıxarılıb? - DSX-dan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbçilər üçün hazırlanan konservlər satışa çıxarılıb? - DSX-dan açıqlama

12:06 - 27 / 03 / 2021
Hərbçilər üçün hazırlanan konservlər satışa çıxarılıb? - DSX-dan açıqlama

Dövlət Sərhəd Xidməti (DSX) qurumun hərbi qulluqçuları üçün ayrılmış ərzaq məhsullarının Ukraynabazarlarında satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumatda bildirilir ki, bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib: "Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir".

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər