ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar” - VİDEO

13:44 - 31 / 03 / 2021
ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar” - VİDEO

“Ermənilər işğal altında saxladıqları ərazilərə gözlədiyimizdən də çox mina basdırıblar”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən 1 kv.m yerdə 4-5, 100 kv.m yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”.

1news.az

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər