Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

S.Xankişiyeva17:22 - 31 / 03 / 2021
Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Martın 25-də Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən videkonfrans formatında Avropa Birliyində Dürüstlük İşçi Qrupunun “Dürüstlük və anti-korrupsiya standartları” üzrə alt-işçi qrupunun ikinci iclası keçirilib.

Baş Prokururluqdan 1news.az-a verilən məlumata görə, Avropa İttifaqının 11 üzv dövlətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib.

Alt-işçi qrupunun II iclasında iştirakçı ölkələrin nümayəndələri tərəfindən korrupsiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetməsində dürüstlük və etik davranış sahələrində əldə edilmiş müsbət təcrübə mübadiləsi keçirilib, eyni zamanda dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodik tövsiyələrin layihə mətnləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə nümayəndəmiz çıxış edərək ölkəmizdə həyata keçirilməkdə olan, dövlət qulluqçularının fəaliyyətində hesabatlılıq və dürüstlüyün təmin edilməsinə istiqamətlənmiş islahatlar barəsində danışıb. Bundan başqa, o, son dövr ərzində Azərbaycanda Respublika Prokurorluğunun işində və prokurorların fəaliyyətində dürüstlüyün təmin edilməsi üçün görülmüş tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

İclasın sonunda iştırakçı ölkələrin nümayəndələri tərəfindən dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodiki tövsiyələrin layihə mətnlərində bir sıra dəyişiklik edilərək tövsiyələrin EPAC/EACN-nin növbəti illik Peşəkar Konfransı və Baş Assambleyasında təqdim edilməsi barədə qərar qəbul edilib.

Paylaş:
272

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər