Xəritə olmadığı üçün minaları aşkar etmək çətindir – ANAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəritə olmadığı üçün minaları aşkar etmək çətindir – ANAMA

S.Xankişiyeva11:45 - 31 / 03 / 2021
Xəritə olmadığı üçün minaları aşkar etmək çətindir – ANAMA

Minalanmış sahələrin xaritəsi olmadığı üçün, minaları aşkar etmək çətindir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədəd Məmmədov deyib.

O qeyd edib ki, düşmən hələ də o xəritələri Azərbaycan hökumətinə təhvil verməyib:

"Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi ən aktual məsələlərdəndir və hökumət tərəfindən daim diqqətdə saxlanılır. Ermənistan tərəfi isə minalanmış sahələrin xəritəsini bizə təqdim etməyib. Bu səbəbdən minalanmış xətləri aşkara çıxarmaq çətindir".

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər