“Dell Technologies” şirkətinin uzaqməsafəli iş üçün yeni ləptoplar, proqram təminatları və monitorları ilə iş təcrübələrini yeniləyir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dell Technologies” şirkətinin uzaqməsafəli iş üçün yeni ləptoplar, proqram təminatları və monitorları ilə iş təcrübələrini yeniləyir - FOTO

10:17 - 02 / 04 / 2021
“Dell Technologies” şirkətinin uzaqməsafəli iş üçün yeni ləptoplar, proqram təminatları və monitorları ilə iş təcrübələrini yeniləyir - FOTO

Texnoloji tərəqqi və ondan gözləntilər artmaqda davam etdikcə, “Dell Technologies” şirkətinin uzaq məsafəli işçi qüvvələrini dəstəkləmək, insanların mümkün olduğu qədər məhsuldar və qüsursuz işləməsinə kömək etmək məqsədilə yeni məhsullar və proqram təminatları buraxır.

İntellektual, təhlükəsiz və dayanıqlı vasitələrin yeni portfeli ilə uzaq məsafədən işləyən komandanın ən üstün tərzdə işləyə bilməsi üçün iş təcrübələrini yaxşılaşdıraraq əməkdaşlığı gücləndirir. Sosial məsafə qaydaların mövcud olması şərtilə, “Dell Technologies” şirkətinin yeni məhsulları daha üstün və fasiləsiz virtual birləşmələri qurma üçün layihələndirilmişdir.

Rəqəmsal iş təcrübələri üçün “Smart” hesablama

Latitude 7520 silsiləyə daha böyük olan 15.6 düymlük konfiqurasiya daxil etməklə, “Dell” şirkətinin Latitude 7000 silsiləsinə qoşulur. Bununla yanaşı, 13.3 düymlük Latitude 7320 və 14 düymlük Latitude 7420 versiyalarına da düzəliş edilmişdir. 7000 silsiləsi ən nəfis halında mobilliyi təklif edir və 13.3 düymlük model 1.12 kq-da başlayır. 4 K və ya müstəsna rəngi saxlamaqla yanaşı, zərərli zəif mavi işığın təsirini zəiflədən inteqrə edilmiş aparatura həlli olan “ComfortView Plus” funksiyası olan FHD versiyalarından əminliklə istifadə edin.

Hər üç modeli Intel 11-ci Nəsil Core i7 vPro prosessoru və 32-yədək GB yaddaşı ilə konfiqurasiya etmək olar. Yeni “Dell Latitude 7420” və “7320” həm ləptop və həm də çevrilə bilən versiyalar şəklində mövcud olub, istifadəçilərin vasitə ilə qarşılıqlı işləyə bilməsi tərzində daha böyük imkanlar təmin edir.

Yeni “Latitude 7000” seriyası yeni “Camera Shutter (Kamera Qapadıcısı)” və “SafeScreen (Təhlükəsiz Ekran)” özəl versiyaları ilə özəlliyi əlavə olaraq qoruyur. “Dell”in FK “Proximity Sensor”u (Yaxınlıq Datçiki) sizi dərhal aşkarlayır, İnfraqırmızı kamera və “Windows Hello” funksiyaları vasitəsilə qeyd edir. Bundan əlavə, yeni seriya TNR Texnologiyası olan Könüllü FHD İnfraqırmızı Kameraya malikdir. Kameranın yüksək keyfiyyəti, mükəmməl ucadandanışanlar və intellektual audio vasitəsilə bu ləptoplar iştirakçıların harada olmalarından asılı olmayaraq, ən təkmil video konfrans imkanı bəxş edir.

“Dell” şirkəti ləptopun işin müəyyən sahələrini, o cümlədən batareyanın istismar müddəti, audio keyfiyyət və qoşulmanı avtomatik olaraq sazlamaqla, istifadəçi ehtiyaclarına uyğunlaşdırılmasına yardım üçün süni intellekt və maşınla öyrənmə üsulundan istifadə edən proqram təminatının yeni “Dell Optimizer” versiyası ilə öz “Latitude vasitələrini əlavə olaraq modernizasiya edir. Ən son “Dell Optimizer” versiyası həmkarlarla daha asan əməkdaşlıq üçün intellektual küyün aradan qaldırılması və avtomatik susma parametrləri şəklində qoşulma və əməkdaşlıq şərtlərini təkmilləşdirir.

“ExpressConnect (Operativ Qoşulma)” şəklində inteqrə edilmiş ağıllı qoşulma parametri qüsursuz Wi-Fi və siqnalın gücü, kanalın sıxlığı və marşrutizator növünə əsasən ən yaxşı şəbəkə seçimini təmin edir. “Dell” həmçinin təxminən 20 dəqiqə ərzində enerjinin 35%-dək hissəsini təchiz edən “ExpressCharge Boost ( Operativ Gücləndirilmiş Yükləyici)” və ya bir saat ərzində enerjinin 80%-dək hissəsini təchiz edən “ExpressCharge (Operativ Gücləndirici)” ilə iş məkanını təkmilləşdirməyi təklif edir. “Dell”in yeni Latitude vasitələri həmçinin vasitələrin qoşulmasını asanlaşdırmaq məqsədilə layihələndirilmiş iki “Thunderbolt 4 USB-C” portlarını daxil edir.

Dayanıqlıq vasitəsilə İnnovasiya

“Dell”in dayanıqlıq vəzifəsi sənayedə ən dayanıqlı kommersiya təyinatlı FK (Fərdi Kompüter) portfelinin yaranması ilə nəticələnmişdir. Yeni “Latitude 5000” seriyası layihəsində bərpa olunmuş karbon lifindən istifadə edən və 21% bioplastik tərkibli qapaqları olan ilk FK olduqlarına görə, dayanıqlığı daha da artırmağa nail olmuşdur. Rənglənmiş hissələrin 100% üçün aşağı VOC (Uçucu Üzvi Maddələr) tərkibli sulu boyadan istifadə edilir və bununla daha sağlam iş mühitinin yaradılması qarşıya məqsəd kimi qoyulur. Bunun nəticəsi olaraq, enerji sərfiyyatını azaltmaq və ətraf mühiti mühafizə etmək üçün bütün yeni Latitude 5320, 5420, və 5520 seriyaları “EPEAT Gold” tərəfindən qeydiyyata alınmışdır.

“Latitude 5000” seriyası məhsuldarlığı artırmaq üçün zəif mavi işıq həlli olan “ComfortView Plus” funksiyasına malik 13.3", 14", və 15.6" displey ölçülərində buraxılır. 5320 seriyası FHD ( 1920 x 1080 piksellər) həll toxunuşlu və ya qeyri – toxunuşlu displey variantınadək 1-də iki forma faktorunu ehtiva edir. Bu displey sizə dörd tərəfli dar çərçivələr, qeyri-parlaq ekran və özəllik üçün kamera qapadıcısı ilə işə diqqət yetirməyiniz üçün nəzərdə tutulmuş parametrlərlə təmin edilmişdir. FHD internet kamerası konfransı növbəti səviyyəyə yüksəldir.

“Latitude 5000” seriyası həmçinin Intelin 11-ci nəsil Core i7 vPro prosessorları ilə buraxılsa belə, 64GB və ya qoşa saxlama variantları ilə 15”də 2TB və ya 4TB-dək RAM tutumuna malikdir. Simsiz qoşulmanı Wi-Fi 6 və Wi-Fi 6E-yə qədər modernizasiya etmək mümkündür və könüllü 4G LTE çıxışı iş zamanı bunlar üçün idealdır. Ləptoplar ya 42 Vs və ya 63Vs batareyasını dəstəkləyir.

Yeni modellər əvvəlki modellərdən daha nazik və yüngüldürlər. Ekranın haşiyələri kiçik olan bu modellər çəkiləri 1.2 kq-dək aşağı olduğuna görə həm də daha kompaktdırlar. Yeni Latitude 50000 seriyasında olan “Express Sign-In (Operativ Keçid İmzası)” parametri insanı aşkarlayır, İnfraqırmızı kamera və barmağı qaldırmağa heç bir gərək olmadan “Windows Hello” vasitəsilə sadə keçidə şərait yardır Dell Latitude 5000 modelinin yeni 13.3” və 14” versiyaları özəllik filtri olan “SafeScreen” funksiyasını təklif edir.

“Dell Optimizer” iş vaxtını uzadır və hər kəsin modellərinə uyğunlaşmaqla, batareyanın işini yaxşılaşdırır. İş üçün zəruri olan portların işinə xələl gətirmədən, Dell HDMI, USB portları üstəgəl 14” və 15”-də RJ45 saxlamaqla, “Thunderbolt 4” ilə ikili USB Type-C™ əlavə etmişdir.

Ofislər üçün evə uyğun olan ağıllı dizayn

Dell öz məhsullarının evdən iş şəraitlərinə daha hamar uyğunlaşması üçün onların layihələrini təkmilləşdirməkdə davam edir. Bu il şirkət iki SKU — OptiPlex 7090 UltraOptiPlex 3090 Ultra təklif edir. Uyğunlaşdırılmış monitor qurğusu arxasında gizlədilmiş “OptiPlex Ultra” ənənəvi iş masasının çevikliyi ilə planetdə ən kiçik tam iş qabiliyyətli iş masası həllidir.

Həm OptiPlex 3090 Ultra və həm də 7090 Ultra Dell Birləşdirilmiş İş məkanı, insanın iş tərzini öyrənərək ona dərhal reaksiya verən və tətbiq işini avtomatik yaxşılaşdıran AI ilə sürətləndirilmiş “Dell Optimizer” funksiyasına dəstəyi ehtiva edir. 11-ci Nəsil Intel® Core™ prosessorları və ən son texnologiyalara dəstək əsasında “Ultra” əsas iş masası istifadəçilərinin işi və etibarlılıq ehtiyaclarını tam qarşılayır.

İstənilən iş məkanına uyğunluq üçün Ultra modulyar Hamısı Birində həllini 40”-dək olan müxtəlif monitorlarla birləşdirmək olar. Sonuc çeviklik və tək elektrik şnuru həlli üçün əvəzlənə bilən komponentlərlə “Ultra” iş məkanının konfiqurasiyasını sadələşdirir və uzaq məsafəli iş ofisi küyünü azaldır.

OptiPlex 3090 UltraOptiPlex 7090 Ultra 28 yanvar 2021-ci il tarixində buraxılacaq.


İşçi qüvvəsinin paylandığını təmin etmək məqsədi daşıyan “Smart” həlləri

Həm OptiPlex Ultra və həm də digər kommersiya müştəri sistemlərinə daxil edilmiş “Client Command Suite (Müştəri Əmr Otağı)” quraşdırmanın mürəkkəbliyini aradan qaldıraraq uzaq məsafədən işləyən komandaların proqram təminatını asanlıqla idarə etməsi, aparaturanı tətbiq etməsi və sistemin konfiqurasiyasını qurmasına yardım üçün qiymətli vaxt və səylərə qənaət etməyə imkan verir.

“Dell Power Manager” istifadəçilərin öz şəxsi seçimlərinə əsasən batareyanın saxlanılması qaydasını konfiqurasiya etməklə, sistemin batareyasının istismar müddətini maksimallaşdırmalarına şərait yaradır.

Şirkət bunlarla yanaşı gündəlik məhsuldarlığı yaxşılaşdırmaq məqsədilə batareyanın istismar müddətini tam yüklənmiş vəziyyətdə 6 aya qədər saxlamağı təklif edən Dell Premier çox vasitəli simsiz klaviatura və uzunmüddətli təkrar yüklənə bilən siçan təqdim edir.

Ən məhsuldar baxış üçün nəzərdə tutulmuş monitorlar


Dell öz UltraSharp və P seriyalı məhsul portfelini hərtərəfli idarəetmə alətləri ilə gündəlik məhsuldarlığı artıran, ekran işindən maksimal bəhrələnməyə imkan verən, displeyi səmərəli idarə edən və çoxsaylı vəzifələri asan və problemsiz həll edən “Dell Display Manager” proqram təminatı ilə təchiz edilmiş monitorları buraxmaqla genişləndirmişdir.

Yeni Dell monitorları həmçinin USB Type-C birləşdiricisini dəstəkləyir, məlumatları inanılmaz sürət tezlikləri ilə ötürməyi təklif edir, digər vasitələri yükləyir, mobil vasitələrə elektrik enerjisi qidalandırır və hamısı üçün sadəcə bir kabeldən istifadə edərək video ötürülüşünü də dəstəkləyir. USB – C vasitəsilə 65V enerji çatdıran batareya tam yüklənmiş vəziyyətdə saxlanır və istifadəçilər məhsuldarlığın fasiləsizliyindən bəhrələnirlər. Bununla yanaşı, UltraSharp monitorları həmçinin geniş RJ45 Ezernet qoşulmasını ehtiva edir. Dell P seriyasından olan monitorların maillənməsi, döndərilməsi və hündürlüyünün maksimum 150 mm-dək tənzimlənməsinə imkan verməklə, rahatlığı xüsusi diqqət yetirir.


Mənzərəli görünüşü, genişləndirilmiş periferiya perspektivi və inanılmaz dərinliyi ilə Dell 34 Curved USB-C Monitor (P3421W) çoxsaylı vəzifələrə unikal yanaşmanı təqdim edir. Bu, iki Fərdi Kompüterin monitora qoşularaq kontenti “Picture-by-Picture (PbP) (Şəkil-bə-Şəkil)” və “Picture – in – Picture ( PiP) (Şəkildə Şəkil)” parametrləri ilə eyni vaxtda nümayiş etdirməsinə imkan verir. Tək klaviatura və siçandan istifadə edərək iki fərqli Fərdi Kompüterdən olan kontenti redaktə etmək məqsədilə KVM-dən ( klaviatura, video və siçan) istifadə edin.

Dell 8 milyondan artıq pikseli və standart FHD-nin dörd mislinə bərabər həllə malik olan Dell 27 4K USB-C Monitor (P2721Q) da təklif etmişdir. Mükəmməl platin gümüş üzlüyü və kiçik əsası monitor qaldırıcısında şnurları gizlədən yüksək kabel idarəetmə sistemini tamamlayır. Buraya məlumatlar, audito – video və 65V-dək enerji yükləməsi məqsədi daşıyan USB – C daxildir. Displey üç tərəf ətrafında nazik haşiyələri və 178 dərəcə baxış bucağını ehtiva edir.

Dell UltraSharp 24 USB-C Hub Monitor (U2421E) mükəmməl iş üçün innovasiyalı layihə və texnologiya ilə işlənib hazırlanmışdır. Ona mükəmməl rəng keyfiyyətini təmin etməklə yanaşı, həmişə zərərli olan mavi işıq şüalanmalarını azaldan daxilə quraşdırılmış zəif mavi işıq ekranına malik “ComfortView Plus” daxildir. RJ45 və USB – C kimi geniş qoşulma variantları olan bu monitor məhsuldarlıq qovşağı rolunu oynayır.

Dell UltraSharp 34 Curved USB-C Hub Monitor (U3421WE) daha geniş baxış bucağı təmin edən, əksolmanı minimallaşdıran və daha rahat baxış üçün demək olar ki, vahid baxış fokusunu təklif edən 1900R ekran əyrisinə malikdir. Bu monitorun genişləndirilmiş periferiya görünüşü diqqəti işə yönəltməyə imkan verən inanılmaz dərinlik, en və tam əhatəli görünüş bəxş edir.

Dell Technologies Barədə

Dell Technologies təşkilat və fərdlərə öz rəqəmsal gələcəklərini qurmağa, iş, yaşayış və oyun tərzlərini dəyişməyə kömək edən xüsusi bizneslər ailəsidir. Bu şirkət müştəriləri yüksək texnologiyalardan tutmuş əsas texnologiyalar və “cloud ” mühitinə qədər sənayenin ən geniş və innovasiyalı texnologiya və xidmətlər portfeli ilə təmin edir. Dell Technologies ailəsi Dell, Dell EMC, Pivotal, RSA, Secureworks, VirtustreamVMware modellərini ehtiva edir.

Reklam hüququnda

Paylaş:
643

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər