Ermənilər Qarabağda türk və müsəlman irsini məhv ediblər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Qarabağda türk və müsəlman irsini məhv ediblər - VİDEO

11:30 - 02 / 04 / 2021
Ermənilər Qarabağda türk və müsəlman irsini məhv ediblər - VİDEO

Ermənilər Qarabağda tarixi abidələrimizi, məscidlərimizi məhv etməklə yanaşı, həm də dini abidələrimizi təhqi etdilər. Bütün bu vandalizmin əsas səbəbi isə islam və türk dünyasına olan nifrətin təzahürü idi. Ancaq, Azərbaycan torpaqlarını işğaldan azad etməklə erməni faşizminin qarşısını alaraq, həm də türk dünyası qarşısında tarixi xidmət göstərmiş oldu.

Qarabağda dini və tarixi abidələrimizin ermənilər tərəfindən vandalizmə məruz qalması, həm də türk və müsəlman irsinin məhv olmasına hesablanıb. Onlar, təkcə Azərbaycana deyil, ümumilikdə islam dünyasının dəyəri olan mədəni və dini irsə də ziyan vurublar.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, Demokratiya və İnsan Hüququları Komitəsinin sədri, hüquq ürzə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, ermənilərin Qarabağda qəsdən məscidlərin, tarixi və mədəni abidələrin dağıdılmasında məqsədi, bütün islam və türk dünyasına ziyan vurmaq olub. Məsələn ermənilər təkcə qarabağda olan 67 məsciddən 63-nü tamamilə dağıdıblar.

Ermənilər Qarabağda tarixi, dini abidələrimizi təkcə dağıtmaqla kifayyətlənməyib, onları təhqir etməklə də məşğul olublar. Çingiz Qənizadənin sözlərinə görə, ermənilər xalqımıza, eləcə də tarixi, dini abidələrimizə bu cür münasibət bəsləməklə bir daha türk birliyinə, türk xalqına olan düşmən hisslərini ortaya qoymuş oldular. Azərbaycan, torpaqlarını işğaldan azad etməklə təkcə özünün deyil, bütün islam dünyasının dəyəri olan mədəni və dini abidələrini müdafiə etdi. Ancaq, nədənsə əskər müsəlman ölkələri bu məsələdə hələ də susmaq mövqeyini seçiblər.

Erməni faşizminin qarşısını alan Azərbaycan türk və müsəlman dünyası qarşısında tarixi xidmət göstərmiş oldu. Çünki, işğaldan azad olunan torpaqlarda dağıdılan, məhv edilən məscid və tarixi abidələr yenidən qurulacaq və təmir olunacaq.

1news.az

Paylaş:
247

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər