“Əjdaha” ləqəbli şəhid kəşfiyyatçımızın keçdiyi döyüş yolu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əjdaha” ləqəbli şəhid kəşfiyyatçımızın keçdiyi döyüş yolu - VİDEO

13:42 - 02 / 04 / 2021
“Əjdaha” ləqəbli şəhid kəşfiyyatçımızın keçdiyi döyüş yolu - VİDEO

Sizə daha bir qəhrəman şəhidimizi tanıdacağıq. Söhbət Ağstafa sakini, xüsüsi təyinatlı qüvvələrin giziri Rüfət Məmmədlidən gedir. Snayperimiz həm 2016-ci il aprel döyüşlərində, həm də ötən il baş vermiş Tovuz döyüşlərində və 44 günlük vətən müharibəsində iştirak edərək yüksək rütbəli erməni zabitlərini məhv edib. Şuşa uğrunda gedən son döyüşlər zamanı şəhid olan Rüfət Məmmədli ölümündən sonra 4 medalla təltif edilib.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, bu, Vətən Müharibəsi qəhrəmanlarından biri, düşmənin kabusuna çevrilən snayper şəhid Rüfət Məmmədlinin bacısına göndərdiyi sonuncu səsdir.

1993-cü ildə Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gələn Rüfət 2012-2013-cü illərdə N saylı hərbi hissədə xidmət aparıb. 2014-cü ildə isə yenidən ordu sıralarına qayıdaraq əvvəlcə MAXE, daha sonra gizir kimi Vətənə xidmət edib, kəşfiyyatçı ixtisası üzrə tam kurs keçib. 2016-cı ilin aprel döyüşlərində erməni ordusunun yüksək rütbəli hərbçilərini məhv edən Rüfət, ötən ilin iyulunda baş vermiş Tovuz döyüşlərində də düşmənə qənim kəsilib. Göstədirdiyi şücaətə görə kiçik gizir Rüfət Məmmədliyə gizir rütbəsi verilib.

Xüsusi Təyinatlı Qüvvələrin snayperi olan Rüfət Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə böyük qəhrəmalıqlar göstərib.

Rüfət Məmmədli təlimlərdən birində ona şəxsi saatını hədiyyə edən şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qisasını almaq arzusu ilə alışıb-yanırmış. Şəhid snayperimiz Vətən müharibəsində də erməni zabitlərini məhv edərək ''generalımın qisasını aldım'' deyə döyüş yoldaşlarına bildirib.

Rüfət Məmmədli sonuncu arzusu ilə bağlı xalası oğluna mesaj yazıb. Yaralı halda yazdığı ismarıcda "Şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin"-deyə istəyini ifadə edib. Şuşanın azadlığı uğurunda gedən son döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Rüfətin aruzusunu isə onun həm yaşıdları, Saloğlu kəndinin sakinləri çin ediblər. Şəhidimizin adına olan bulaqda son tamamlanma işləri gedir. Rüfət Məmmədli vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

1news.az

Paylaş:
279

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər