Jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış

16:03 - 05 / 04 / 2021
Jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış

Azərbaycan Mətbuat Şurası üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında (World Association of Press Councils (WAPC) jurnalistlərin ayrı-ayrı ölkələrin nəzərdə tutduqları qrafikdən kənar vaksinasiyası ilə bağlı məsələ qaldırıb. Təşəbbüs assosiasiyanın digər üzv təşkilatları tərəfindən müsbət qarşılanıb. Qurum bununla bağlı dünya ölkələrinin hökumətlərinə müraciət ünvanlayıb.

Şuradan 1news.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, informasiyalı olmaq hər bir şəxsin başlıca hüquq və azadlıqlarındandır. Jurnalistlər isə bunun təmin olunmasında mühüm rol oynayırlar. Onlar özlərinin vəzifələrini həyata keçirərkən müxtəlif əhali kateqoriyaları içərisində olurlar. Bu peşə sahiblərini nəinki sıravi şəxs, eyni zamanda insanlara informasiya çatdıran vasitəçi kimi qorumağa ehtiyac var.
İndiyədək dünyada 600-dən artıq jurnalistin "COVID-19"un qurbanına çevrildiyinin, çoxlu sayda media təmsilçisinin virusa yoluxaraq sağaldığının, bir çoxunun müəlicəsinin davam etdiyinin vurğulandığı müraciətdə o da bildirilib ki, pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən "COVID-19"un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin "COVID-19" əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Bununla bağlı mexanizm yaxın günlərdə açıqlanacaq.

1news.az

Paylaş:
229

Son xəbərlər

DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06
Bütün xəbərlər