Murov zirvəsində şəhidliyə ucalan kəşfiyyatçı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Murov zirvəsində şəhidliyə ucalan kəşfiyyatçı - VİDEO

11:16 - 06 / 04 / 2021
Murov zirvəsində şəhidliyə ucalan kəşfiyyatçı - VİDEO

Xaçmaz rayonunun Bayoba kəndindən olan şəhid Vahid Baxşıyev Murovdağ zirvəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, 21 yaşlı Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı Qorxmaz oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Anası Mehri Baxşıyeva bildirir ki, Vahidin hərb elminə böyük həvəsi vardı. "Çox gözəl övlad idi. Bir sözümüzü iki etməzdi. Evimizin sonbeşiyi idi. Şeir yazırdı. Müharibə vaxtı hər gün danışırdıq. Vahid özündən muğayat ol deyirdim. Məni aldadırdı ki, guya döyüşlərə girmir. Təlimlərdən sonra evə gəlmişdi. Çantası 60-70 kiloqram olardı. Həmin çanta ilə dağlara çıxırdılar. O mənim başımı ucaltdı. Vətənpərvər idi, müharibədən, erməniləri torpaqlarımızdan qovmaqdan danışırdı. Şəhid olan günü telefonla danışdıq. Günorta saat birdə zəngləşdik. Atası, qardaşı ilə zarafatlaşıb güldülər. Bir-iki saatdan sonra şəhid olub. Məndən gizlətmişdilər", - deyə Mehri Baxşıyeva söyləyib.

Vahid döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra cəbhənin digər istiqamətlərində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb.

"Sakit uşaq idi. Məktəbdə oxuyanda vaxtından əvvəl əsgərliyə getmək istəyirdi. Vaxtı çatanda hərbi xidmətə yollandı. Xidmətini başa vurandan sonra da öz istəyi ilə hərbidə qaldı. Xeyirxahlığı ilə də seçilirdi. Maaşında imkansız ailəyə kömək edirmiş. Şəhid olandan sonra bu barədə bildik. Keçən ilin yanvarından hərbidə çalışmağa başlamışdı. Döyüşlər vaxtı bizə ətraflı məlumat vermirdi. Yalnız onu deyirdi ki, əmr gözləyirik. Halbuki od-alovun içində döyüşürdü. Son savaşdan qabaq da zəng eləmişdi. Hər şey yaxşıdır dedi. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin atası Meclum Baxşıyev söyləyir.

"Vahidin musiqiyə, incəsənətə marağı vardı. Şeirlər yazırdı, rayonda mədəni tədbirlərdə iştirak edirdi. Fəxri fərmanla təltif olunub. Şəhid olması xəbərini noyabrın 1-də eşitdim. İşdə idim. Əmim zəng edərək xəbər verdi. Ürək nahiyəsindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının dediyinə görə yanında mərmi partlaması nəticəsində şəhid olub. Vətən sağ olsun!", - deyə şəhidin qardaşı Mahir Baxşıyev bildirib.

Şəhid Vahid Baxşıyev ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif olunub.

1news.az

Paylaş:
284

Son xəbərlər

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25
Bütün xəbərlər