Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb

09:50 - 06 / 04 / 2021
Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb

Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

1news.az xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

Təlimlər aprelin 8-dək davam edəcək.

1news.az

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər