Şahin Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində sakinlərlə görüşdü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində sakinlərlə görüşdü – FOTO

S.Xankişiyeva10:07 - 06 / 04 / 2021
Şahin Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində sakinlərlə görüşdü – FOTO

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində vətəndaşlarla fərdi qaydada səyyar formalı qəbul keçirib.

1news.az-ın verdiyi xəbərə görə, Abşeron rayonu Aşağı Güzdək, Hökməli, Qobu və Perekeşkül qəsəbələrindən olan 18 sakininin iştirak etdiyi səyyar qəbulda təhsil, sosial təminat, bank məsələləri, məşğulluq, infrastruktur, kommunal xidmətlər kimi bir neçə digər sahə ətrafında müraciətlər dinlənilərək, qeydə alındığı deputat Şahin Seyizadə öz sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, ötən mart ayında deputat tərəfindən təmil etdiyi Abşeron və Qobustan rayonlarında ümumilikdə 51 sakinin iştirak etdiyi fərdi vətəndaş qəbulu keçirilmişdir.

Paylaş:
1329

Son xəbərlər

Bütün xəbərlər