“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir - FOTO

S.Xankişiyeva16:54 - 07 / 04 / 2021
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə kütləvi ağacəkmə aksiyaları uğurla davam edir.

İctimai Birlikdən 1news.az-a verilən məlumata görə, aprelin 6-də Balakən rayonunda könüllü gənclərin iştirakı ilə ərazinin torpaq-iqlim şəraitinə uyğun 850 ədəd tut ağacı əkilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.

Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Paylaş:
148

Son xəbərlər

“Repetitorluq abituriyentə nə qazandırır?” - “Çıxışa doğru”da MÜZAKİRƏ19 / 04 / 2021, 20:24Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində19 / 04 / 2021, 19:42Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb19 / 04 / 2021, 18:01“Heç nə düşünmədən şirin qabağına atıldım” - Dəhşətli olayın qəhrəmanı - FOTO19 / 04 / 2021, 17:56Ağdamın İsmayılbəyli kəndi - VİDEO19 / 04 / 2021, 17:49Zəfərə gedən yolun qurucuları - VİDEO19 / 04 / 2021, 17:34Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək19 / 04 / 2021, 17:21Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib19 / 04 / 2021, 17:15“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib19 / 04 / 2021, 17:06Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA19 / 04 / 2021, 16:38İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO - YENİLƏNİB19 / 04 / 2021, 16:25Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub19 / 04 / 2021, 16:17Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək19 / 04 / 2021, 15:53Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb19 / 04 / 2021, 15:39Dənizdə reyd keçirildi - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu - VİDEO19 / 04 / 2021, 15:15Prezident Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişikliklə bağlı Sərəncam imzalayıb19 / 04 / 2021, 14:56“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik edib19 / 04 / 2021, 14:40Azad olunan daha bir kəndimiz - Mehdili - VİDEO19 / 04 / 2021, 14:19Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - Sərəncam19 / 04 / 2021, 13:54Ramiz Həsənov nazir müavini vəzifəsindən azad olunub səfir təyin edildi19 / 04 / 2021, 13:40
Bütün xəbərlər

Next TV