“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir - Əhməd İsmaylov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir - Əhməd İsmaylov

S.Xankişiyeva10:24 - 09 / 04 / 2021
“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir - Əhməd İsmaylov

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmaylov deyib.

Ə.İsmaylov bildirib ki, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək: “Daha sonra isə layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər