Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb

S.Xankişiyeva12:01 - 10 / 04 / 2021
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Gəncə şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinininə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elman Ələsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Ələsgərov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər