TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır! | 1news.az | Xəbərlər
Cəmiyyət

TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!

17:54 - 12 / 04 / 2021
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!

Azərbaycan Beynəlxalq Bankının TamKart debet və IBA Miles debet kartlarına sahib olmaq indi daha da sərfəlidir. Bank TamKart və IBA Miles debet kartı sahiblərinə kartdakı vəsaitlərinə əlavə faiz qazancı əldə etmək imkanı yaradıb. Belə ki, Bankın TamKart və IBA Miles debet kart sahibləri heç bir minimal məbləğ tələbi olmadan hesabdakı vəsaitlərindən illik 3% gəlir əldə edirlər. Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. TamKart sahibləri faiz gəlirlərini pul vəsaiti, IBA Miles sahibləri isə əlavə millər şəklində alırlar. Bu qazanc imkanı yalnız manat valyutasında olan kartlara aiddir.

TamKart VISA Classic və TamKart MasterCard Standard istifadəçiləri bu imkandan yalnız Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində qeydiyyatda olduqları halda faydalana bilərlər.

TamKart müştərilərə bankla tərəfdaş məkanlarda kəşbək imkanları yaradır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 20%-dək kəşbək müştərinin kart hesabına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının TamKart üzrə partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək və kartı onlayn sifariş etmək olar.

IBA Miles kartları isə müştəriyə hər ödənişdən millər qazandırır. Sonra toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Kart haqqında daha ətraflı məlumatları https://ibamiles.az/ saytından öyrənmək və kartı sifariş vermək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
384

Son xəbərlər

Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41
Bütün xəbərlər