Balakəndə nişan mərasimi keçirildi - qonaqlar və ev sahibi cərimələndi -FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə nişan mərasimi keçirildi - qonaqlar və ev sahibi cərimələndi -FOTO

Qafar Ağayev09:01 - 12 / 04 / 2021
Balakəndə nişan mərasimi keçirildi - qonaqlar və ev sahibi cərimələndi -FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər