Hacıqabulda toy keçirilməsinin qarşısı alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda toy keçirilməsinin qarşısı alındı

Qafar Ağayev11:10 - 12 / 04 / 2021
Hacıqabulda toy keçirilməsinin qarşısı alındı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının rayonun Qarasu kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etmək istəyən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər