Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində 260,3 hektar meşə fondu sahəsi olub.
1news.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü olub: "Həmin meşə ilə örtülü sahənin 54 min hektarı ermənilər tərəfindən məhv edilib. Bu, təxmini rəqəmdir. Çünki biz bu məlumatları kosmosdan aldığımız peyk çəkilişləri ilə müəyyən etmişik. Amma əraziyə yaxından baxış keçirildikdən sonra məhv olunan meşə sahəsinin nə qədər olduğu tam müəyyən ediləcək. Ermənistan sovet dövründə ən az meşəsi olan ölkə olub. Amma son zamanlar ən çox ağac istehsal edən ölkələr sırasına çıxıb. Bu da ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində meşə zolaqlarını məhv etməsi nəticəsində olub. Ermənilərin məhv etdikləri elə ərazilər var ki, ora yalnız əkinə yararlı olacaq. Amma elə ərazilər də var ki ağaclar qırılsa da, ağac kötükləri özünü yenidən bərpa edə bilib".
1news.az