Dünyanın ən məşhur kənd təsərrüfatı texnikası istehsalçılarından biri “Massey Ferguson” – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın ən məşhur kənd təsərrüfatı texnikası istehsalçılarından biri “Massey Ferguson” – FOTO – VİDEO

S.Xankişiyeva15:40 - 13 / 04 / 2021
Dünyanın ən məşhur kənd təsərrüfatı texnikası istehsalçılarından biri “Massey Ferguson” – FOTO – VİDEO

“Massey Ferguson” şirkətinin rəsmi tərəfdaşı olan "İmagro" şirkətinin servis mərkəzi öz qapılarını Bakıdakı müştəriləri və tərəfdaşları üçün açıb.

Sahəsi 1300 kvadratmetr olan yeni mərkəz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub.

Tədbirdə çıxış edən "İmagro" şirkətinin rəhbəri Orxan Cəfərov bildirib ki, qeyri neft sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən strateji sahə elan edilib. Azərbaycanda kənd təsərrüfatının innovasiya əsaslı inkişafına dəstək vermək üçün lazımi tədbirlər görülür. Bu xüsusda “İmagro” şirkəti davaml şəkildə bazar araşdırmaları edərək dünyanın ən innovativ texnologiyasının ölkəyə gətirilməsi və yerli fermerlərə təqdim olunması ilə aqrar sahədə keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır. 44 günlük Vətən Savaşı nəticəsində Azərbaycan 30 illik işğal altında olan torpaqlarını azad etməklə yanaşı, ölkənin aqrar sektoru üçün yeni prespektivlərdə açılıb. İmagro şirkəti yeni dönəmdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökümətinin həyata keçirdiyi aqrar layihələrdə aktiv rol oynayacaq və bu sahədə fermerlərimizə hər cür dəstək göstərəcək.

2019-cu ildən aqrar texnika bazarına daxil olan "İmagro"şirkəti, bu gün 10 yaxın global brendtin Azərbaycanda yeganə təmsilçisidir. Məhz bu uğurlu “İmagro” şirkətinin texnika və texnologiyaları bütün xidmətləri bir məkanda cəmləyən mərkəzin açılışını zəruri edirdi. “İmagro” şirkəti təkçə texnikaların satışı və servisi ilə deyil, ümumilikdə kənd təsərrüfatı nümayəndələrinə satış, məsləhət və bilik və bacarıqlarının artırılması üçün layihələrin, təlimlərin keçirilməsini hədəfləyir.

Daha sonra qonaqlar yeni servis mərkəzinə baxış keçirib, anbarın və servis zonasının yüksək səviyyəli təchizatına, müştəri zonasının rahatlığına qiymət verib, burada təqdim edilmiş «Massey Ferguson»,«Horsh», «GreatPlain»,«Farmet», «Celli», «Rinieri», «İDEAL»,«Alpego» «Moro Aratri»,«Side-Roll», «Hattat», və.s texnikası ilə tanış olublar.

Xatırladaq ki, " Massey Ferguson " şirkəti kənd təsərrüfatı texnikasını istehsal edən qabaqcıl ABŞ şirkətidir. Massey Ferguson

traktorları ən innovativ texnologiyaların tətbiqi ilə istehsal edilir. Bu texnika Azərbaycanın aqrar sahəsində uzun müddətli və keyfiyyətli xidmət üçün ən yaxşı seçim hesab edilir. Artıq Massey Ferguson texnikaları Azərbaycanın müxtəlif fermer təssərüfatlarında uğurla istismar edilirlər.

Sahədə biçin zamanı hər dəqiqənin dəyərli olduğunu nəzərə alsaq, o zaman “MF Beta” kombaynlarının praktik, texnoloji və funksionallığının xüsusi əhəmiyyəti önə çıxır. Bu kombaynlar 9 tonluq bunkerə malikdir ki, bu da biçin müddətini daha da optimallaşdırmağa şərait yaradır.

Aparılmış araşdırmalar sübut edib ki, eyni tarlada, eyni şəraitdə “Massey Ferguson MF Beta” kombaynları öz rəqiblərindən daha məhsuldardır. Başqa sözlə desək, düzgün istismarla gün ərzində kombaynlarla 65 hektar biçin aparmaq mümkündür.

“MF Beta” kombaynının üstünlükləri bununla bitmir. Bu maşınlar yükləmə göstəricilərinə görə rəqiblərindən 32 faiz daha sürətlidir.

“Massey Ferguson” 8737 traktorları AGCO Power mühərrikləri ilə təchiz edilib. Adı çəkilən mühərriklər aqrar texnikalar içərisində öz uzunömürlülüyü, gücü və az yanacaq sərfiyyatı ilə məşhurdur.

MF8S traktorları 2021-ci ilin ən yaxşı traktoru naminasiyasının qalibi elan edilib. “Massey Ferguson” traktorları həm dizayn, həm texnoloji yeniliklər, həmdə iş imkanları ilə rəqiblərindən öndədir.

"İmagro" şirkəti həmçinin fermerlərə qardaş Türkiyənin iddialı Hattat traktorlarınıda təqdim edir. 2007-ci ildən seriyalı istehsala başlanılan Hattat traktorları artıq aqrar texnika bazarında inamlı və iddialı yerini tutmuşdur.

Azərbaycan fermerləri "İmagro"şirkətinin təqdim etdiyi texnikaları 40% dövlət subsidiyası ilə lizinqə əldə edə bilərlər.

Bununla yanaşı, şirkətimiz yerli istehsala dəstək olaraq “İmrotex İndustries” zavodu istehsalı olan, Made in Azerbaijan brendi altında müxtləlif təyinatlı qoşquların (lafetlər, yanacaq daşıyan çənlər, su və gübrə səpən çənlər və digər üst qurğu və avadanlıqlar) satışını da həyata keçirir .Bütün texnikalar yüksək keyfiyyətlə və zəmanətlə müştərilərimizə təklif edilir.

Ünvan: Bakı-Salyan şossesi 15 km.

Əlaqə nömrəsi:

012 448 02 00

050 270 03 37

Reklam hüququnda

Paylaş:
584

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər