Vaksinasiya haqqında suallar və cavablar: peyvənddən sonra özünü nədən məhdudlaşdırmaq lazımdır? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaksinasiya haqqında suallar və cavablar: peyvənddən sonra özünü nədən məhdudlaşdırmaq lazımdır? – FOTO

S.Xankişiyeva12:40 - 13 / 04 / 2021
Vaksinasiya haqqında suallar və cavablar: peyvənddən sonra özünü nədən məhdudlaşdırmaq lazımdır? – FOTO

Yanvarın 18-də Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb.

2021-ci il aprel ayının 12-nə olan məlumata görə, artıq 1 milyon 177 min 187 doza peyvənd vurulub. 758 min 289 nəfərə birinci doza, 418 min 898 nəfərə isə ikinci doza vurulub.

Buna baxmayaraq, əhali arasında peyvəndləmə ilə bağlı şaiyələr və fərziyyələr azalmaq bilmir, bu isə tez təsir altına düşən vətəndaşlarımız arasında müxtəlif narahatlıqlara səbəb olur.

Həmvətənlərimizi sakitləşdirmək üçün 1news.az saytı peyvəndləmədən sonra hansı qaydalara riayət olunması, hansı narahatlıqların isə əsassız olması barədə 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanovanın fikirlərini öyrənib.

“İlk növbədə, vətəndaşlarımıza bir daha xatırlatmaq istəyirəm ki, vaksinlə peyvənd olunma həmin şəxsin koronavirusa yoluxmayacağına zəmanət vermir. Heç bir peyvənd belə bir zəmanət vermir. ÜST-nin məlumatına görə, vaksin xəstələnməkdən 85-95% müdafiə edir. Lakin peyvənd zəmanət verir ki, yoluxmuş şəxs xəstəliyi yüngül keçirəcək və onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac duyulmayacaq. Eyni zamanda, həmin şəxslərin virusdan ölmə təhlükəsi də aradan qalxmış olur.

Lakin başa düşmək lazımdır ki, hər bir orqanizm peyvəndə özünəməxsus reaksiya verir. Bu səbəbdən, heç də hər kəsdə anticisimlər formalaşmır. Anticisimlərin sayı da müxtəlif şəxslərdə fərqli ola bilir. Daha bir vacib məqam immunitetin ikinci dozadan yalnız 14 gün (yaxud, birinci dozadan 42 gün) sonra formaşmağa başlaması ilə bağlıdır.

Yalnız orqanizmdə uzun müddət ərzində böyük sayda anticisimlərin yaranması virusun peyvəndlənmiş şəxslər arasında yayılmasının qarşısını alır, bu da kollektiv immunitetin yaranması baxımından vacibdir.

İnsanın vaksindən koronavirus infeksiyasına yoluxması barədə danışmaq da düzgün deyil, çünki bu sadəcə mümkün deyil. “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksini inaktiv (“ölü”) vaksinlərə aiddir və xəstəlik yaratmaq imkanına malik deyil. Virus, həmçinin peyvənd olunmuş şəxsdən digər şəxslərə keçə bilməz.

Lakin vaksin vurulmuş hər bir şəxs bilməlidir ki, pandemiya dövründə müəyyən edilmiş bütün sanitar-gigiyena norma və qaydalarına riayət etməzsə, xüsusilə də peyvənd olunduqdan dərhal sonra digər xəstə tərəfindən yoluxdurula bilər.

Təəssüf ki, bəzi vətəndaşlar birinci doza peyvənd vurulduqdan sonra bunun yoluxmaya qarşı panaseya olduğu qənaətinə gəlmiş və dərhal ayıq-sayıqlığı əldən vermiş, məhdudlaşdırıcı tədbirləri unutmuş və nəticədə infeksiyaya yoluxmuşlar. Axı istənilən peyvənddən sonra insanın immuniteti bir neçə gün ərzində əhəmiyyətli dərəcədə zəifləyir. Bu səbəbdən, peyvənd olunduqdan sonra bir neçə gün ərzində sağlamlığa xüsusilə diqqət etmək, yəni insanların çox olduğu yerlərə getməkdən çəkinmək, maska taxmaq və gigiyeva qaydalarına riayət etmək, insanlarla əlaqələri minimuma endirmək, sosial məsafə saxlamaq, spirtli içki və immun sistemini gücdən salan dərmanlar qəbul etməmək lazımdır. Bundan başqa, peyvənd olunduqdan sonra 3 gün ərzində su prosedurlarından, 7 gün ərzində spirtli içki qəbulundan imtina etmək lazımdır. Həmçinin, qidalanmaya fikir vermək, vitaminlər, zülal (ət, balıq, yumurta, göyərti, meyvə və tərəvəzlər) və probiotiklərlə (qatıq, yoqurt) zəngin qidalar qəbul etmək arzuolunandır.

Tibb işçilərimiz peyvənd olunan hər kəsə bütün bunlar barədə məlumat verirlər, lakin təəssüf ki, bəzi vətəndaşlarımız nədənsə həkimlərin məsləhətinə qulaq asmırlar. Lakin, bütün göstərilmiş qaydalara riayət edilərsə, peyvəndləmə prosesi və ondan sonrakı dövr rahat keçəcək.

Peyvəndləmənin başladığı ilk gündən etibarən daha çox vətəndaşımızı peyvənd olunmağa çağırıram, çünki əhalinin 70%-i nə qədər tez peyvənd olunsa, kollektiv immunitet bir o qədər tez formalaşacaq və ölkəmiz COVID-19 pandemiyasına daha tez qalib gələcək. Bu isə o deməkdir ki, biz, nəhayət normal həyat rejiminə qayıda biləcəyik”, - deyə S.Aslanova bildirib.

Paylaş:
1393

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər