Bakının yeni prospekti – “8 Noyabr” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının yeni prospekti – “8 Noyabr” – FOTO

S.Xankişiyeva11:04 - 14 / 04 / 2021
Bakının yeni prospekti – “8 Noyabr” – FOTO

Paytaxtın Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyətindən 1news.az-a bildirilib ki, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.

Qeyd edilib ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.

Paylaş:
1896

Son xəbərlər

Bütün xəbərlər