Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu - FOTO

16:30 - 15 / 04 / 2021
Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu - FOTO

Bakı Ali Neft Məktəbinin tələbələri bu gün 5 saylı Bakı "ASAN xidmət" mərkəzində nikaha daxil olublar.

Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kurs tələbəsi əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub. İki dost ölkə vətəndaşının nikah bağlamasına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye şahidlik edib.

Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub.

Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb.

Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.

Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da Tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb.

Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub. Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.

1news.az

Paylaş:
878

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər